Avropa Birliyi rəsmisi Azərbaycanda keyfiyyət dəyişikliyini yüksək qiymətləndirir (FOTO)

Avropa Birliyi rəsmisi Azərbaycanda keyfiyyət dəyişikliyini yüksək qiymətləndirir (FOTO)

Bakı. Trend:

İyulun 16-17-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanın müharibədən zərərçəkmiş Tərtər və Bərdə rayonlarında səfərdə olub.

BAMF-dan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Aİ rəsmisi Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşüb.

V.İsayev son illər Bərdədə aqrar, təhsil, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb, müharibənin törətdiyi çətinliklərə baxmayaraq, ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər və imkanların artmasına dair fikirlər bildirib. O, Aİ-nin Bərdədə təsərrüfat imkanlarının artırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, peşə-təhsili sahəsində müasir standartların tətbiqi üçün göstərdiyi təşəbbüsləri yüksək dəyərləndirdiyini ifadə edib.

V.İsayev BAMF-ın uzun müddətdir ki, müharibədən zərərçəkmiş regionlarda uğurlu sosial-humanitar fəaliyyətinə toxunub və birgə əməkdaşlıq üçün imkanlardan söz açıb: “Bu gün ölkə rəhbərliyinin qarşıya qoyduğu tapşırıqlara uyğun olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində çoxşaxəli işlər aparılmaqdadır. Biz də öz növbəmizdə Bərdə rayonunun kənd təsərrüfatı imkanlarından istifadə edib, bir neçə məhsul üzrə Bərdə brendinin yaradılması istiqamətində işlər aparırıq. Bu istiqamətdə çoxtərəfli əməkdaşlığa və Avropa təcrübəsindən yararlanmağa hazırıq".

Aİ rəsmisi Bərdədə gördüklərindən məmnun qaldığını və Aİ-nın müharibədən zərərçəkmiş regionlarda peşə-təhsili istiqamətində fəaliyyətləri dəstəklədiyini bildirib. O, Aİ-nın yardımı ilə Bərdə Peşə Təhsil Məktəbinin imkanlarının artırılması istiqamətində layihənin yenicə başladığını və regionda ilk irimiqyaslı proqramlardan olduğunu vurğulayıb. K.Yankauskas ölkədə ümumilikdə keyfiyyət dəyişikliyinin həyata keçirildiyini bildirib. O, Aİ ilə Azərbaycan arasında razılaşdırılmış son sənədlərin bir sıra sahələrdə, ən əsası isə təhsil və sosial sahənin inkişafına ciddi imkanlar yaratdığını qeyd edib, qarşılıqlı əməkdaşlığın, təcrübə mübadiləsinin faydalarından söz açıb.

BAMF prezidenti Umud Mirzəyev müharibədən zərərçəkmiş ərazilərdə sosial infrastruktur layihələrinin əhəmiyyətinə toxunub. O, Aİ-nın qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların təhsil və peşə bacarıqlarının artırılması istiqamətində təşəbbüslərinin əhəmiyyətinə, ən başlıcası isə işğal faktının aradan qaldırılması, müharibədən zərərçəkmiş insanların öz doğma yurd-yuvalarına qayıtması, sülhməramlı aksiyalar və proqramların vacibliyinə toxunub.

Səfər proqramına uyğun olaraq, Aİ rəsmisi Bərdə Peşə Təhsil Məktəbinin fəaliyyəti ilə, Bərdə rayonunda pambıqçılığın inkişafı istiqamətində görülən işlərlə və rayonun tarixi-mədəni irsi ilə yaxından tanış olub.

Aİ rəsmisi və BAMF nümayəndələri Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovla da görüşüblər. Görüş zamanı Tərtər rayonunun ictimai, iqtisadi potensialı müzakirə edilib, kənd təsərrüfatı sahəsində son illər görülən işlər barədə qonağa ətraflı məlumat verilib.

M.Məmmədov xüsusilə keçən il buğda, pambıq və çuğundur məhsullarının yığımına görə Tərtər rayonun Azərbaycanda birinci yerdə olduğunu qeyd edərək eyni zamanda bu ildə də əkin sahələrinin artırıldığını və yerli sakinlərin kənd təsərrüfatı sahəsinə cəlb olunmasının vacib olduğunu vurğulayıb.

Bundan əlavə, görüşdə Tərtər rayonunda kənd təsərrüfatı ilə məşğul olan insanların ciddi su çatışmazlığı ilə üzləşdiyindən danışılıb. Xüsusən işğal altında olan torpaqlarımızda yerləşən Sərsəng su anbarından gələn suyun qarşısı kəsildiyi üçün yay aylarında yerli sakinlər öz əkin sahələrini suvarmaq üçün böyük çətinlik çəkir. Bu problem Tərtər sakinlərini həm psixoloji, həm də iqtisadi çətinliklə üz-üzə qoyur. Təbii ki, bu problemin qismən aradan qaldırılması üçün dövlət tərəfindən, eləcə də beynəlxalq humanitar təşkilatlar tərəfindən Tərtərdə 600 artezian su quyuları qurularaq yerli sakinlərin istifadəsinə verilib. Qeyd edilən çətinliyə baxmayaraq bu gün Tərtərdə kiçik və orta sahibkarlığın inkişafına dəstək verilir. Sahibkarlar xüsusən müxtəlif tərəvəzlərin, meyvə sortlarının yetişdirilməsi və satışı ilə məşqul olurlar.

K.Yankauskas ətraflı məlumat üçün öz təşəkkürünü bildirərək, kənd təsərrüfatı ixtisaslı kadrların yetişdirilməsi, müasir innovativ metodların tətbiq edilməsi ilə məhsuldarlığın daha da artırılmasının vacib olduğunu vurğulayıb. Görüşün sonunda tərəflər bir birlərinə xatirə hədiyyələri təqdim ediblər və Aİ layihələrinin qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə həyata keçirilməsinin kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə böyük töhvə verəcəyini vurğulayıblar.

Tərtər rayonun kənd təsərrüfatı imkanları ilə daha yaxından tanış olmaq üçün qonaq, bir sıra təsərrüfat subyektlərinə baxış keçirib. Yerli sakinlərlə müzakirələr aparılıb.

Aİ rəsmisinin regiona səfərinin əsas məqsədlərindən biri də BAMF-ın resursları ilə, həyata keçirilən proqramlar və infrastruktur layihələri ilə daha yaxından tanış olmaq, BAMF-ın ekspertləri, təlimçiləri ilə müzakirələr apararaq gələck əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi idi. Səfər çərçivəsində BAMF-ın prezidenti Tərtərdə və ətraf rayonlarda keçirilən proqramlar, layihələr və peşə yönümlü müxtəlif təlimlər barədə müfəssəl məlumat verib. Bundan sonra Aİ rəsmisi ilə BAMF-ın proqram departamentinin əməkdaşları, yerli ekspertləri ilə birgə müxəlif ideyalar ətrafında müzakirələr aparılıb.

Yolda düşməzdən əvvəl K. Yankauskas səfərin təşkili ilə əlaqədər BAMF-a təşəkkür edib: “Ötən ilin sentyabr ayında mən Azərbaycana gəldiyim zaman bildirmişdim ki, Azərbaycan yalnız Bakıdan ibarət deyil, Azərbaycan daha böyükdür. Bunun üçün ölkənin müxtəlif bölgələrinə, şəhərlərinə gedərək orada yaşayan əhalinin həyatı barədə onların öz dilindən eşitmək lazımdır.

Beləliklə, bu iki günlük səfər mənim bura ilk səfərim deyil, amma ilk dəfədir ki, insanlarla, sahibkarlarla, rəhbərliklərlə görüşmək və müxtəlif layihələrlə, yerli əhalinin ehtiyacları ilə tanış olmaq imkanım oldu. Bir neçə ay əvvəl ilk dəfə olaraq bütün diplomatik korpusların bura səfəri təşkil olunmuşdu, daha sonra biz məcburi köçkünlər üçün yeni tikilmiş yaşayış qəsəbəsini ziyarət etdik, ancaq bu yalnız birgünlük idi və hava soyuq idi. Bu səfər isə bizim üçün gələcəyə yönəlik məsələlər, problemlər və imkanlarla tanış olmaq üçün daha çox imkanlar açmış oldu”.

BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
BMT dünya turizm sektorunun itkilərini proqnozlaşdırıb
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
“Expo 2020 Dubai"da Azərbaycanın turizm imkanları tanıdılır (FOTO)
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Azərbaycandan Gürcüstana gedən turistlərin sayı azalıb
Loading Bars
Xəbər lenti
Prokuror "falçı" adı ilə qadından 2 milyon manat alan ər-arvada 23 il cəza istədi
Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir - Hikmət Hacıyev
Ermənistan mediasına istinadları minimuma endirmək lazımdır - Prezidentin köməkçisi
Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında da mina problemini qaldırıb - Hikmət Hacıyev
Mərkəzi Gömrük Hospitalının İT mütəxəssisi Microsoft Azure Administrator sertifikatına layiq görülüb
Hikmət Hacıyev helikopter qəzası ilə bağlı yayılan məlumatlardan danışdı
Azərbaycan xalqı həmişə sülh çağırışında olub - Hikmət Hacıyev
Muğanbank korporativ saytını yeniləyib
Zaqatalada narkokuryerə hökm oxundu
AFFA Canni De Byazi ilə yeni müqavilə imzaladı
Bərpa olunan enerji mənbələri üzrə xarici şirkətlərlə razılıqlar əldə olunub - Pərviz Şahbazov
Unibank şəhid və qazi ailələrinə dəstək olmaqda davam edir
Sabah hava yağmursuz keçəcək
Sülh dayanıqlı olmalıdır ki, mədəniyyəti qura bilək - Anar Kərimov
Biz Azərbaycanın və Ermənistanın gənc nəsillərinin gələcəkdə ümumi dil tapa bilməsi imkanlarını görürürük - Hikmət Hacıyev
Bakı sakininin evindən silah çıxdı
Azərbaycan sülh naminə mədəni irsin qorunması işindəki səylərinə görə tərifə layiqdir - ISESCO rəhbəri
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə təbrik məktubu göndərib
Noyabrda 9 nəfər minaların qurbanı olub
Distant təhsil real təhsili tam əvəz edə bilmir - Nazir
Dayanıqlı sülh daimi səylər tələb edir - BMT-nin ali nümayəndəsi
Mədəniyyəti hifz etmək üçün sülhə ehtiyacımız var - Elham Aişeyni (FOTO)
Prezident İlham Əliyevin sayəsində Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin mərkəzinə çevrilib - ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti (FOTO)
Dövlət Xidmətinin rəisi UNESCO-nun iclasında Ermənistanın təxribat xarakterli çıxışlarına cavab verib (FOTO)
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yeni ərazi partiya təşkilatı yaradıldı (FOTO)
Xocavənddə silah-sursat aşkar edildi (VİDEO)
Gələn ilin bayram günləri açıqlanıb
Ermənistanın İqtisadiyyat Nazirliyində araşdırmalar aparılır
Azərbaycan mədəni müxtəlifliyi ilə tanınır - Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti
DSX-nin şəhid zabiti Beyləqanda dəfn edilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Kiber cinayətkarlar onlayn kinoteatr istifadəçilərini necə aldadır?
Kamran Əliyev Ukraynada Beynəlxalq Antikorrupsiya Forumunda iştirak edib
Regionlarda şəhid ailələri və müharibə iştirakçılarının müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri işə başlayacaq
Biz sülhə təşviq edirik ki, mədəniyyət yenidən canlansın - Anar Kərimov
Binəqədidə qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb (FOTO)
7 il əvvəl Bakıda adam öldürən şəxsin məhkəməsi başladı
Bitki yağını kərə yağı adı altında satan mağaza cərimələnib
Hazırda Azərbaycana 60-dan çox ölkənin vətəndaşları səfər edə bilər - Agentlik sədri
30 il ərzində gözləyirdik ki, UNESCO mədəni irsimizə qarşı törədilənlərə rəy bildirsin - Hikmət Hacıyev (FOTO)
Polşada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi qeyd edilib
Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilir
Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT
Dəmirağacları kəsən şəxs barəsində cinayət işi başlanılıb (FOTO)
Laçında 2500-ə yaxın ağac əkilib (FOTO)
Qubada tanışını döyüb öldürən şəxsin məhkəməsi başlayır
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul edib (FOTO/VİDEO)
Bakı Kitab Mərkəzində tanınmış ingilis yazıçısı Çarli Makizin Azərbaycan dilinə tərcümə olunmuş əsərinin təqdimatı keçirilib (FOTO)
Azərbaycanda pul bazası artıb
Toyda qayda pozan 4 nəfər cərimələndi
Heydər Əliyev Fondu Bakıdakı katolik kilsəsində bərpa işlərini başa çatdırıb (FOTO)
Nazir iki yüksək rütbəli polis məmurunu vəzifədən azad etdi
Hacıqabul sakinlərindən narkotik götürülüb (FOTO)
Ağcabədidə ev yanıb, biri polis olmaqla ailənin üç üzvü yanaraq ölüb (FOTO)
Xarici valyutaların manata qarşı məzənnələri
Balakəndə meşələri məhv edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Ötən gün axtarışda olan 57 nəfər saxlanılıb
Evini tərk edən iki koronavirus xəstəsi barədə cinayət işi başlandı
Azərbaycan UNESCO-nun komitəsinə üzv seçilib - XİN
Çin və ABŞ hərbi dialoqa hazırlaşırlar
Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib (ÖZƏL)
Danimarkada "omikron" ştammına 7 yoluxma halı qeydə alınıb
BMT-nin baş katibi yeni səyahət məhdudiyyətlərini ədalətsiz adlandırıb
Tramp Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-ın nüfuzunun minimuma endiyini deyib
Ağ Ev ABŞ və Rusiya liderlərinin mümkün görüşünü şərh edib
Dünyada koronavirusa qarşı 8 milyarddan artıq peyvənd istifadə edilib
Çavuşoğlu və Blinken Azərbaycan və Ermənistanı müzakirə ediblər
Ərdoğan yeni xəzinədarlıq və maliyyə naziri təyin edib
Dünyada beynəlxalq miqrantların sayı 281 milyona çatıb
İtaliyada 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunmasına icazə verilib
İngiltərə Premyer Liqası: "Liverpul" "Evertonu" darmadağın edib, "Çelsi" növbəti qələbəsini qazanıb
ABŞ-da atışma olub, ölənlər var
OPEC ölkələri yeni baş katib seçəcəklər
İsraildə Milli Antiterror Bölməsi yaradılacaq
ABŞ-da "omikron" ştammına ilk yoluxma halı aşkarlanıb
Ombudsman Səbinə Əliyeva İtaliyaya rəsmi səfər edib
İran-Əfqanıstan sərhədində silahlı toqquşmalar baş verib
23 ölkədə koronavirusun "omikron" ştammına yoluxma halları qeydə alınıb - ÜST
Bakıda ikimərtəbəli evdə partlayış olub
Ermənipərəst dairələrin maliyyələşdirdiyi "siyasi mühacirlər" "Qarabağ"ın matçına təxribatlar hazırlayır
Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb
"Petkim" xaricdə 350-dən çox müştəri portfelinə malikdir
Qazaxıstan səfiri helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib
Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir
Azərbaycanın avtomobil idxalı 40 faizdən çox artıb
Oqtay Gülalıyev sağdır, səhhəti yaxşıdır - Oğlu
DGK büdcə öhdəliyinə 111 faizdən çox əməl edib
Bu gun razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur - DİN
Qazi Universiteti, AzTU və MDU üçtərəfli işbirliyi çərçivəsində elmi seminar keçirilib (FOTO)
UNEC İqtisadi Forumun birinci günü uğurla başa çatıb (FOTO)
Mərkəzi Bankın valyuta ehtiyatları 10 faizdən çox artıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 795 nəfər COVID-19-a yoluxub, 28 nəfər ölüb
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun növbəti iclası keçirilib
ABB-də cəmi 13%-lə kredit fürsəti!
ABŞ səfiri Tərtərə səfər edib (FOTO)
Azərbaycan və Ermənistanın xarici işlər naziri İsveçdə görüşəcək
AzTV DSX-nin helikopterinin qəzaya uğraması ilə əlaqədar olaraq efir proqramında dəyişiklik edib
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Dekabrın 2-nə USD/AZN rəsmi məzənnəsi
Bütün xəbərlər