...

Qadi Ayzenkot: İsrail Azərbaycanla hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir (FOTO)

Siyasət Materials 24 Oktyabr 2018 16:48 (UTC +04:00)
Nəcməddin Sadıkov Tel-Əviv şəhərində israilli həmkarı general-leytenant Qadi Ayzenkot ilə görüşüb.
Qadi Ayzenkot: İsrail Azərbaycanla hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir (FOTO)

Bakı. Trend:

İsrailə rəsmi səfəri çərçivəsində Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Tel-Əviv şəhərində israilli həmkarı general-leytenant Qadi Ayzenkot ilə görüşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə rəsmi qarşılanma mərasimi keçirilib. Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qonaqları salamlayan general-leytenant Q.Ayzenkot vurğulayıb ki, İsrail Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir və ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın daha da inkişafı üçün geniş imkanlar mövcuddur.
General-polkovnik N.Sadıkov Azərbaycan-İsrail hərbi əlaqələrinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi əməkdaşlığın güclənməsinin vacibliyi və dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti