Bakı. Trend:
Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Döyüşü idarəetmə mərkəzində açılmış idarəetmə məntəqələrinin fəaliyyətini izləyib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, general-polkovnik N.Sadıkov müxtəlif qoşun növü və qismlərinin əməliyyatların planlaşdırılması və bölmələrin idarə olunması qruplarının fəaliyyətlərini yoxlayaraq müvafiq tapşırıqlar verib.