...

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Siyasət Materials 15 Yanvar 2019 10:21 (UTC +04:00)
Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti