Bakı. Trend:
Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov martın 11-də Sofiya şəhərinə rəsmi səfərə yola düşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər Bolqarıstan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Andrey Botsevin dəvəti ilə həyata keçirilir.