...

Zakir Həsənov Rusiyaya gedir

Siyasət Materials 16 Avqust 2019 13:12 (UTC +04:00)
Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
Zakir Həsənov Rusiyaya gedir

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 17-də Moskva vilayətinin Alabino hərbi poliqonunda keçiriləcək “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Z.Həsənov həmçinin “Tank biatlonu” müsabiqəsində yüksək nəticə əldə edərək finala yüksələn Azərbaycan tankçılarının çıxışını izləyəcək.

Final yarışlarında komandamız birinci divizionda Rusiya, Belarusiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti