Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!

Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır!

Bakı. Trend:

Prezident İlham Əliyevin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlar haqda bəzi qeydlər

Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsiziliklərini; nə siyasi qətiyyətin nəticələrini, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümum-Azərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz- Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik.

Hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm ki, uzun müddətdir hakimiyyət təmsilçiləri iqtidarla yanaşı müxalifətdə də kadr və təşkilatı islahatların vacibliyi haqqında çıxışlar edirdi, 25-30 ildir ki, eyni liderlərin rəhbərlik etdiyi ənənəvi müxalifətin yenilənməsi ilə bağlı müzakirələr aparırdı. Təəssüf ki, müzakirələrə qatılmaq əvəzinə əks tərəfdən yalnız anlaşılmaz və inkarçı münasibət görürük. Nə gizlədək, bəzən iqtidar komandasında da belə müzakirələrə könülsüz qoşulanlar tapılırdı. Cənab Prezident Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında bu mövzuya toxunaraq vurğuladı ki, Azərbaycanın müxalifət düşərgəsində bu gün ciddi bir boşluq yaranıbdır, ölkədə sağlam müxalifətin yaranmasına, dövlətçiliyə sadiq, xalqa bağlı olan, doğrudan da konstruktiv təkliflər verə bilən, hakimiyyəti konstruktiv formada tənqid edən, alternativ inkişaf yolları göstərən müxalifət yaranarsa, biz buna yalnız sevinərik. Cənab Prezidentin Sumqayıtda və BDU-nun yubileyində etdiyi çıxışlardakı fikirləri, ritorikası, səsləndirdiyi qətiyyətli çağırışlar, düşünürəm ki, həm sağlam əqidəli opponentlərimizə, həm hər iki düşərgənin islahat müəlliflərinə, həm də bu istiqamətdəki müzakirələrə könülsüz qoşulan siyasətşünaslara ciddi düşünmək üçün xeyli mövzu verir. Hesab edirəm ki, cənab Prezidentin son iki tədbirdəki çıxışları iqtidar komandasının hər bir üzvü və mövcud hakimiyyətin aktiv dəstəkçiləri üçün master-klass sayıla bilər.

Çıxışlarda vurğulanan əsas məqamlar haqqında bir qədər təfsilata varmaq istəyirəm:

1. Azərbaycan Prezidentinin çıxışlarında vurğulanan və əsaslandırılan əsas fikirlərdən biri ondan ibarət idi ki, bugünkü Azərbaycan Heydər Əliyevin 1969-cu ildən başlanan və ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü fəaliyyətinin nəticəsidir. Keçən əlli ildə Azərbaycanın geridə qalmış aqrar respublikadan inkişaf etmiş sənaye və kənd təsərrüfatı ölkəsinə çevrilməsi, ictimai-siyasi və mədəni həyatın bütün sahələrində hərtərəfli inkişaf etməsi, ölkənin milli maraqlarının təmin edilməsi, SSRİ-nin aparıcı respublikalardan, hazırda isə regionun aparıcı dövlətlərindən birinə çevrilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Heydər Əliyevin respublikamızdakı ilk hakimiyyəti illərində Azərbaycanda ali məktəblərin və ali məktəb məzunlarının ümum əhali sayına nisbəti kəskin şəkildə artaraq inkişaf etmiş Qərb dövlətlərinin göstəricilərinə yaxınlaşmışdı. Azərbaycan ədəbiyyatının, incəsənətinin, mədəniyyətinin, elminin, təhsilinin, səhiyyəsinin sovet hakimiyyəti illəri ərzində ən gözəl nəticələri və qiymətləndirilməsi də məhz bu dövrə təsadüf edirdi. Prezidentin bu fikirləri ilə mübahisə etmək mümkünsüzdür: Heydər Əliyevin yaratdığı güclü kadr potensialı bu gün də ölkəmizin, müstəqil dövlətimizin uğurlu inkişafını təmin edir.

Bu illərdə respublikada 10-larla elm, mədəniyyət ocaqları inşa olunmuş, onları təmsil edən xadimlər respublikanın və Sovet İttifaqının ali mükafatları və fəxri adları ilə təltif edilmiş, Azərbaycan mədəniyyətin uğurları Sovet İttifaqının hüdudlarını aşaraq dünya miqyasına çıxmışdır. Prezidentin qeyd etdiyi kimi, "Heydər Əliyevin rəhbərliyi dövründə - 13 il ərzində Azərbaycan hər il “Qırmızı keçici bayraq” alıbdır. Bu, bir daha onu təsdiq edir ki, onun rəhbərliyi ilə Azərbaycan böyük və uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda respublikamız SSRİ-də ən sonuncu yerlərdə idi. Lakin O, Azərbaycanı böyük inkişafa qovuşduraraq ən qabaqcıl yerlərə qədər ucaltdı”.

Heydər Əliyevin birinci hakimiyyəti illərində həm də ölkənin iqtisadi inkişaf trendləri düzgün təhlil edilərək SSRİ-nin xammal əlavəsi statusundan çıxması və yerli sənaye müəssisələrinin inkişafı istiqamətində ciddi addımlar atılmışdı. Bununla yanaşı, Azərbaycanın müsbət demoqrafik göstəricilərinin saxlanması və daha da yaxşılaşması istiqamətində artan digər addımlar- əhalinin məşğulluğunu təmin etmək məqsədilə respublikanın şəhər və qəsəbələrində yaradılan çoxsaylı sənaye obyektləri, Sovet İttifaqında ən qabaqcıli soyuducu və kondisioner zavodlarının Bakıda qurulması, ölkə üzrə çoxsaylı yerli aqrar sənaye komplekslərinin yaradılması, Nabrandan Lənkərana qədər Xəzər sahilində neçə-neçə ümumittifaq əhəmiyyətli turizm-sanatoriya komplekslərinin salınması və s. tədbirlər xüsusi qeyd edilməlidir. Neft sənayesinin gələcəyini təmin etmək üçün dərin özüllər zavodu qurulmuş, dənizdə neft-qaz kəşfiyyatı işləri aparılmışdı. Bu, bir həqiqətdir ki, o zaman kəşf edilmiş yataqlar olmasaydı, sonradan ölkəmizin iqtisadi və geosiyasi müstəqilliyinin əsası olan “Əsrin müqaviləsi”nin imzalanması da mümkün olmazdı. Artıq 80-ci illərin ortalarına doğru Azərbaycan büdcəsinin neftdən asılılığına, demək olar ki, son qoyulmuşdu – o zaman üçün yeni modern texnologiyalara malik çoxsaylı müəssisələr qurulmuşdu ki, bu müəssisələr aqrar sənaye kompleksləri ilə birlikdə respublika büdcəsinin böyük hissəsini formalışdırırdı. Təəssüf ki, 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində qısa zaman kəsiyində ölkəyə rəhbərlik edənlər bu əlverişli iqtisadi zəmini möhkəmlətmək, onun üzərində iqtisadi suverenliyi təmin etmək əvəzinə mövcud sistemi dağıtmaqla məşğul oldular. Bu dağıdıcılığa xalqın cavabı Heydər Əliyevin xilaskarlıq missiyası ilə hakimiyyətə dəvət edilməsi oldu. BDU-dakı çıxışında Cənab Prezidentin qeyd etdiyi kimi, “məhz 1970-ci illərdə Heydər Əliyevin gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı,1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalanda Azərbaycan xalqı ona müraciət etməzdi”.

2. Heydər Əliyev hakimiyyətdə olduğu birinci dövrdə Azərbaycanın demoqrafik göstəricilərinin günü-gündən yaxşılaşması faktoru, ölkədaxili miqrasiyanın düzgün nizamlanması, cənab Prezidentin Sumqayıtdakı çıxışında qeyd edildiyi kimi, Dağlıq Qarabağda azərbaycanlı əhalinin nisbətini iki dəfə artırmışdı. Ölkədə azərbaycanlı əhalinin artım sürəti, ermənilərin İrəvan şəhərinə və Rusiyanın mərkəzi əyalətlərinə emiqrasiya templərini də nəzərə alsaq, Dağlıq Qarabağ probleminin təbii şəkildə həllini yaxınlaşdırırdı. Dünya tarixinin belə nümunələrlə zəngin olduğunu xatırlatmağa, yəqin ki, xüsusi ehtiyac yoxdur, elə bizim bəzi tarixi torpaqlarımız da məhz ayrı-ayrı zamanlarda həmin ərazilərdə demoqrafik balansın əleyhimizə pozulması ilə itirilib. Heydər Əliyevin hakimiyyəti illərində Dağlıq Qarabağda azərbaycanlıların üstünlük təşkil etdiyi ikinci rayon yaradılmış, Dağlıq Qarabağın Azərbaycana hərtərəfli inteqrasiyası üçün bir sıra digər addımlar atılmış, separatçılıq meyillərinin qarşısı qətiyyətlə alınmışdı. Azərbaycan ziyalıları tərəfindən həmin dövrdə erməni millətçilərinin əsassız iddialarına cavab verilməsi üçün hərtərəfli münbit şərait yaradılmışdı. Erməni lobbisinin Heydər Əliyev əleyhinə fəaliyyətinin, onun vəzifədən uzaqlaşıdırlması üçün məkrli planlar qurmasının əsas səbəbləri də elə məhz bunlar idi.

Məhz Heydər Əliyev hakimiyyətdən getdikdən sonra erməni separatçıları Azərbaycana qarşı geniş separatçı kampaniya təşkil etmək, öz iddialarını reallaşdırmaq üçün fürsət qazandılar. Ona görə də Azərbaycanda ermənilərin separatçılıq iddiaları əleyhinə baş qaldırmış kortəbii vətənpərvərlik fəaliyyəti, sonrakı illərdə məhz Heydər Əliyevin SSRİ rəhbərliyindən istefa verməsinə etiraz olaraq tədricən ümumxalq hərəkatına, daha sonra isə onun liderliyi ilə milli azadlıq hərəkatına çevrilmişdir. Bu səbəbdən də xalq hərəkatının ilk illərində Azərbaycana ezam olunmuş mərkəzi mətbuat nümayəndələri reportajlarında xalq hərəkatında “Heydər Əliyev izi” axtarır, hərəkatı mənfi çalarlarla təqdim edərək, onu əliyevçilik kimi (aliyevşina) qiymtləndirirdilər. Bəli, bu gün Azərbaycanın ən yeni siyasi tarixini öyrənənlər bu faktı etiraf etməyə məcburdurlar: aksiyalar məhz Heydər Əliyevə simpatiya bəsləyən insanların etiraza qoşulması ilə kütləviləşmiş və tədricən ümumxalq hərəkatı xarakteri almışdır. “Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?” başlıqlı yazımda qeyd etdiyim kimi, “Milli Azadlıq Hərəkatının mərkəzinin Bakıdan Naxçıvana keçməsi və hərəkatın başında Heydər Əliyev kimi təcrübəli liderin - görkəmli siyasi və dövlət xadiminin dayanması qısa zaman kəsiyində Azərbaycan cəmiyyətində milli qurtuluş ideyası ətrafında böyük təmərküzləşməyə səbəb oldu”.

3. Təəssüf ki, xalq hərəkatının əsas təşkilatlanma forması olan AXC 1992-ci ildə mövcud reallıqlara maneçilik törədərək, milli-azadlıq hərəkatı iştirakçılarına öz ümummilli liderini- Heydər Əliyevi hakimiyyətə gətirməsi işinə süni əngəllər yaratmış, “mənfur yaş senzi” qadağası ləğv edilmədən “seçkiyə” gedilmişdi. Hakimiyyətdə olduqları qısa müddət ərzində AXC-Müsavat hakimiyyətinin xəyanətkar siması, anti-demokratik mahiyyəti ifşa edildi. Bu cütlüyün yarıtmaz siyasəti nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Xalq Cəbhəsi vətəndaş müharibəsinə start vermiş və Gəncə şəhərini bombalamağa başlamışdı... Görəndə ki, özlərini qoruya bilmirlər, Heydər Əliyevə müraciət etdilər ki, gəl, bizi xilas elə. Üç dəfə təyyarə göndərmişdilər ki, bizi xilas elə, çünki artıq gəlirdilər bunları öldürməyə, yaxud da ki, yıxmağa. Qaçıb gizləndilər, bəziləri guya vəzifələrini dondurdular. Əgər Heydər Əliyev gəlməsəydi, həm Azərbaycan dağılacaqdı, həm də, o antimilli AXC-Müsavat dəstəsi öz cəzasını alacaqdı".

4. AXC-Müsavat hakimiyyətində ölkə niyə dağılmaq həddinə çatdı? Əbülfəz Elçibəyin komandasında təmsil olunanlar tutduqları postlara nə qədər adekvat və layiq idilər? Niyə bir il əvvəl hakimiyyətə gəlişi önündə süni maneə yaratdıqları, 6 ay əvvəl silahlı çevrilişlə Naxçıvan Ali Məclisi sədrliyindən uzaqlaşdırmaq istədikləri Heydər Əliyevin xilaskarlıq missiyasına möhtac oldular?

Məşhur frazada deyildiyi kimi, “hər şeyi kadrlar həll edir”. Meydan hərəkatının nəticəsi olaraq ölkənin ən ali postunda əyləşmiş Əbülfəz Elçibəy ona qədər heç bir müəssisəyə rəhbərlik etməmişdi, heç bir vəzifə tutmamışdı, Əlyazmalar İnstitutunda adi bir elmi işçi olmuşdu. Elçibəyin ”cavanları başıma yığıb təzədən inqilab edəcəm”, ”tankın qabağında dayanan oğlanlar pulun qabağında dayana bilmədi”, “qanunları pozmaq olmaz, amma yan keçmək olar”, sonrakı müsahibələrində “o dövrdəki prezidentlik, prezidentlik deyildi, amma mən yenidən prezident olacam”, “getməyib nə etməliyidim, Surət məni öldürməliyidi?” kimi “aforizmləri” onların idarəçilik fəlsəfəsinin nə qədər primitiv olmasını, hər hansı məzmun, prinsip və mahiyyətdən– substansiyadan xaliliyini göstərməklə yanaşı, həm də bu komandanın zəifliyinin, acizliyin, səriştəsizliyinin acı etirafları idi. Cənab Prezidentin dediyi kimi, Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə qoyaraq qaçmışlar. Halbuki “liderin vəzifəsi dövləti qorumaq, xalqla bir yerdə olmaqdır. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir”.

Müxalifətin yenilənmə zərurəti haqqında yazılara küskün və bədbin reaksiya verən Pənah Hüseynin AXC hakimiyyəti zamanı baş nazir kimi ilk açıqlamalarından biri iqtisadi bloka dair bütün məsələlərin Nazirlər Kabinetində həll edilməli olduğu ilə bağlı idi. Elçibəyi “Maks Veberi mütaliə etməsi” ilə ovsunlamış Pənah Hüseyn, görəsən, o zaman hiperinflyasiya vəziyyətinə düşən ölkəni və onun iqtisadiyyatını idarə etmək üçün hansısa proqrama, yaxud da peşəkar səriştəyə, biliklərə malik idimi? Cavab Prezidentin çıxışında göstərilib: “Baş nazir, - o da elmi işçi idi. O da heç bir dissertasiya müdafiə edə bilməmişdi. Hamı yaxşı bilir, indi bu, sirr deyil, mövsümi ticarətlə məşğul olan adam Baş nazir təyin edilmişdi. Məhz onun dövründə “otkat” sözü bizim lüğətimizə daxil edildi”. Bu ara vaxtilə 90-cı illərin ikinci yarısında müxtəlif mətbu orqanların iranlı biznesmenlər, qızıl sikkələr, xalçalar, tramvay xətləri haqda araşdırmalarını yada salmaq olardı..

O zaman dövlətin ikinci siması, İsa Qəmbəri AXC hakimiyyətinin ən intellektual fiquru sayırdılar. Bu intellektual fiqur düz 11 il aspiranturada təhsil almış, bir dissertasiyanı belə müdafiə edə bilməmişdi. Parlamentin səlahiyyətləri qanunsuz olaraq Mili Şura tərəfindən mənimsənilmişdi. Spiker, özü haqda çoxbaşlı “hələ ki, ikinci” başlıqlı yazılar sifariş etdirən İsa Qəmbər isə gah dramatik, gah tragikomik səhnələşdirmələrin nümayiş olunduğu teatrı andıran parlament iclaslarında müəyyən dövrdən sonra hakimiyyətdə təmsil olunanları belə müxtəlif bəhanələrlə birinci şəxsə qarşı yönəldir, “özünüz əlaqə saxlayın, mən vasitəçi olmaqdan bezmişəm” kimi mesajlar verirdi.

Bu gün sosial medianın imkanları hesabına özünü “ana müxalifət” elan etmiş Əli Kərimli AXC-Müsavat hakimiyyətində dövlət katibi kimi mühüm postda təmsil olunurdu. Sosial media istifadəçiləri dövlət katibi olduğu zaman ona həvalə olunmuş mühüm dövlət əhəmiyyətli bir tapşırığı- dövlət sirrini necə faş etməsini artıq özünə xatırladıblar. Vaxtilə eyni düşərgədə olduqları İsa Qəmbərə yaxın media quruluşlarında onun hansısa tenderdə “lazımi” şirkəti qalib elan etmək üçün şəxsən maşın sürməsindən yazmışdılar, iddia edilirdi ki, belə sürücülük dövlət katibinə kifayət qədər– beş rəqəmli məbləğdə pul qazanmaq imkanı veribmiş, özü də hiperinflyasiyaya məruz qalmış manatla deyil, xarici valyuta ilə. Beləcə mebel zavodunun keçmiş komsomol fəalı qısa müddətdə ölkənin ən zəngin şəxslərindən birinə çevrilə bilmişdi. Bu zənginliyin üzərinə illərlə müxtəlif fondların vasitəsilə alınıb silinən qrantlar da, “Azadlıq” qəzetinin leqal və illeqal gəlirləri də daxil idi. Bu gəlirlər ona sonrakı dövrdə media maqnatına çevrilmək, müxtəlif nəşrlərdə qurduğu jurnalist şəbəkəsi vasitəsilə öz sədri Elçibəyi hakimiyyətdən və partiya sədrliyindən devirmək istəyi yaratmışdı. Deyilənə görə, sonuncunun ölüm xəbəri Bakıya daxil olan gün Əli Kərimli onun haqqında inanılmaz dərəcə nifrətlə yoğrulmuş yazılar yazdırmaq şansını belə buraxmamışdı.

Prezident İlham Əliyevin bu sözləri tarixi faktlardır: “Əbülfəz Elçibəy xəstələnəndə ən çox sevinən elə o idi. Mən bunu dəqiq bilirəm, bu məlumat var. Sevinirdi ki, xəstələnib öləcəkdir, bu da keçəcəkdir onun yerinə”.

Bəs izlədiyi yola, liderinə xəyanət etmiş, üzvü, sonra da rəhbəri olduğu partiyanı bir neçə yerə parçalanmasına səbəb olmuş şəxs öz siyasi aktuallığını necə qoruya bilib? “Əli Kərimli və radikal ətrafı bəraət axtarışında” yazımda qeyd etdiyim kimi, bu şəxslərin real sosial bazası olduqca məhduddur, bir çox hallarda saxta sənədlərlə Avropaya göndərilib bədbəxt edilmiş miqrantlardan və ya ümumən virtual, saxta hesablardakı profillərdən ibarətdir. Təsadüfi deyil ki, öz açıqlamalarında bildirildiyi kimi, Əli Kərimli və radikal antimilli ətrafı sosial şəbəkələrdə izləyicilərinin yarıdan çoxunu itiriblər. Çünki Facebook sosial şəbəkəsi administrasiyası bu il 5,4 milyard saxta hesabı bağlayıb. "Saxta, manipulyasiya məqsədilə yaradılan hesabları aşkarlayaraq bloklamaq qabiliyyətimizi gücləndirmişik", - internet şirkəti hesabatında bildirir. Yəni Əli Kərimli və radikal antimilli ətraflarının izləyici və bəyənmə itkiləri Facebook şəbəkəsinin öz araşdırmasının, dezinformasiyaya qarşı effektiv mübarizəsinin nəticəsidir.

Bu şəxslər öz əsas təbliğatlarını sosial media üzərində qururlar. Fakta, jurnalist etikasına istinad etməyə qanunlar və ictimai nəzarət mexanizmi ilə məcbur edilən ənənəvi mediadan fərqli olaraq sosial mediada ani emosional halət, nə şəxsi nə də ictimai yaddaşa istinad etməyən “feyk nyus” rahatlıqla əsas trend ola bilər. Sosial media ilə sıx vəhdət ənənəvi, xüsusən internet medianı da bəzən yanlış trendlərin müşayiətçisinə çevirir. Azərbaycan nümunəsində 2014-cü il avqust, 2015-ci il Nardaran hadisələri ərəfəsində, müəyyən mənada UEFA-nın Bakıda keçirilən son yarımfinal görüşləri zamanı belə manipulyativ media trendləri ilə üz üzə qalmışıq. Adamların bütün səfərbərlik – daha dəqiqi, manipulyativ gücü bundadır. Bu güc isə dünyada “feyk nyus”a, manipulyasiyalara qarşı aparılan mübarizə sayəsində itirilməyə məhkumdur. Çünki real dəstəyi, sosial bazası, cəmiyyətdə etimad bəslənən siyasətçi imici olmayan, ən kritik məqamlarda qaçmağa üz tutan və ya isterikaya düşən, birləşdirməyi deyil, dağıtmağı bacaran bir şəxsin ciddi siyasi iddialar reallaşdırması, sadəcə, mümkün deyil. “İndi son hadisələr də göstərdi ki, o, hansı hünərə sahibdir. Yəni, bu isterika, bu paranoya, bu qorxaqlıq, - özünü lider sayan hansı adam özünə rəva bilər ki, bunu nümayiş etdirsin və ondan sonra bütün millətə bəyan etsin ki, mənə qarşı zor tətbiq ediblər...Bax, bu adam prezidentlik iddiasında olub və bu gün vaxtilə xalq hərəkatı tərəfindən yaradılmış Xalq Cəbhəsinə rəhbərlik etməyə çalışır”- cənab Prezidentin təsbiti, göründüyü kimi, kifayət qədər əhatəlidir.

Çıxışda adı çəkilməsə də, Prezidentə cavab verməyi özünə “mənəvi borc” bilən, son yazılarında ümummilli liderə böhtan atmaqdan çəkinməyən Cəmil Həsənli haqda kiçik xatırlatma etmək istərdim.

Bu, həmin Cəmil Həsənlidir ki, parlament kürsüsü müqabilində həm çıxışlarında, həm də kitablarında indi və əvvəl ən ağır ifadələrlə tənqid etdiyi Heydər Əliyevi “ümumilli lider” adlandırırdı. Bu, həmin Cəmil Həsənlidir ki, 1990-cı illərin sonları- 2000-ci illərin əvvəllərində o zaman AXCP sədri Ə. Elçibəylə münasibətləri gərgin olan İsa Qəmbərin və Əli Kərimlinin müdafiəsinə yazılar həsr edir, Kərimlini tənqid edən elçibəyçi jurnalistləri aşağılamaqdan belə çəkinmirdi. Elçibəyçilərin Əli Kərimli haqda tənqidlərini isə “qaragüruhun Mirzə Cəlilə hücumu” ilə müqayisə edirdi. Elçibəyə və elçibəyçilərə belə ikrahamiz münasibətin motivləri barədə isə indiyədək səslənmiş ehtimallar üzrəində geniş dayanmaq istəməzdim.

Qeydlərimin əvvəlində bildirdiyim kimi, cənab Prezidentin çıxışları bir master-klass və fəaliyyət proqramı səciyyəsindədir. Çünki çıxış bizim hədəfləri, hədəflərə çatmanın yollarını, hədəflər önündəki əngəlləri, iqtidarın opponentlərini və ölkənin xarici düşmənlərini bir daha xatırladır. Sirr deyil ki, hazırda özünün iqtidarın dəstəkçisi kimi göstərməyə çalışan bəzi cığırdaşlarımız polemikanın istiqamətini bilərəkdən sapdırmağa, müzakirələri iqtidardaxili hansısa ziddiyyətlərə fokuslamağa can atırlar. Mən onları Cənab Prezidentin çıxışlarının məntiqinə diqqət etməyi, siyasi opponentlərə pas ötürməyi dayandırmağa dəvət edirəm.

Sirr deyil ki, siyasi opponentlərimizə yaxın qruplarda yer alanlar bəzən ölkənin düşmənlərin açıq simpatiya nümayiş etdirməkdən çəkinmirlər. Biz bunu Azərbaycan hər dəfə beynəlxalq yarışlarda yer tutanda səhvən erməni tərəfə azarkeşlik edənlərin siyasi müxalifətdə təmsil olunanların ailə üzvləri arasından aşkarlanması zamanı da, Saakyanla, Mailyanla eyni lojaları və baxışları bölüşənlərin kimliyi ortaya çıxanda da, Azərbaycan Prezidentinin uğurlu diplomatik həmlələrlə Ermənistan rəhbərliyini küncə sıxdığı vaxtlar bu uğuru sabotaj etmə cəhdlərini müşahidə edəndə də görmüşük. Bu şəxslərdən iqtidarın uğurlarını etiraf etməyi gözləmirəm. Amma onları ən azı ümummilli hədəflər naminə bir olmağa, ümumi işə dəstək olmağa, dəstək ola bilməyəndə də sabotajçı olmamağa dəvət edirəm. Ümummilli mənafelər sferası bizim rəqabət meydanımız deyil, bir- birimizə dəstək, ötürmələr meydanımızdır.

Azərbaycan Prezidentinin son iki çıxışının əsas yekunu budur: uğurlarımız faktdır, lakin dayanmaq olmaz, biz daha qüdrətli, daha rifahlı bir Azərbaycan qurmalıyıq. Bu hədəfə doğru irəliləyərkən keçmiş illərin nə uğurlu səhifələrini, nə də ki, acı xatirələrini; nə ölkəni idarə edənlərin uğurlarını, nə də səriştəsiziliklərini; nə siyasi qətiyyətin nəticələrini,, nə də səhlənkarlıqların fəsadlarını unutmamalıyıq. Qarşıdan gələn müddətdə milli tariximizin bütün dərslərini və yaşana biləcək fəsadları göz önünə almalı, ümum-Azərbaycan məsələlərində dövlətçiliyə xidmət edənləri də, düşmənlərimizlə bir sırada yer alanları da, belələrindən qəhrəman düzəldənləri də yaxşı tanımalıyıq. Biz- Azərbaycanın inkişafına məsul olan iqtidar komandası dövlətçiliyimizin və milli maraqlarımızın ətrafında daha sıx birləşərək, bu yolda heç bir təxribatçı fəaliyyətə, komanda oyununa xələl gətirmə istiqamətindəki əyintilərə imkan verməyəcəyik.

Əli Həsənov

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi

SOCAR AQŞ və İraq Qazma Şirkəti arasında protokol imzalanıb
SOCAR AQŞ və İraq Qazma Şirkəti arasında protokol imzalanıb
Türkiyənin İrana qaza görə borcu yoxdur - Ərdoğan
Türkiyənin İrana qaza görə borcu yoxdur - Ərdoğan
Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Loading Bars
Xəbər lenti
Qırğızıstanın mülki müdafiə xidmətləri fövqəladə iş rejiminə keçib
Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var
Prezident İlham Əliyevin siyasətinin mərkəzində hər zaman vətəndaş rifahının təminatı dayanıb - TƏHLİL
"Omikron" ştammına qarşı ən effektiv üsul "buster" doza vaksinasiyadır
Türk Hava Yolları İdarə Heyətinin sədri istefa verib
Evində ölü tapılan tağım komandiri ürək çatışmazlığından vəfat edib
Azərbaycan Prokurorluğu Almaniyanın hüquq mühafizə orqanları ilə əlaqələri genişləndirir (FOTO)
Azərbaycanda ictimai iaşə dövriyyəsinin həcmi açıqlanıb
AHİK sədri korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşların mükafatlandırılması mərasimində iştirak edib
İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb
Zəngilan Hava Limanı beynəlxalq məkan indeksləri kataloquna daxil edildi
Bakıda qanunsuz parklanma ilə bağlı reyd: 180-dən çox sürücü cərimələndi (FOTO/VİDEO)
Ceyhun Bayramov Kolumbiyanın Azərbaycandakı səfiri ilə görüşüb (FOTO)
“Ümumi tranzit proseduru üçün gömrük zəmanət sistemi” mövzusunda seminar keçirilib (FOTO)
Kuba Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir - Səfir (FOTO)
Əlilliyi olan məhkumların hüquqlarının müdafiəsi Ombudsmanın diqqətindədir (FOTO)
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası insidentlərin qarşısını almağa imkan verəcək - Rusiya XİN
Bakıda keçiriləcək batut gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı Selcan Maqsudova təmsil edəcək
Oteldə müğənnini öldürməyə cəhd edən şəxsə 10 il cəza verildi
Azərbaycanda bu şəxslərin “Qırmızı Siyahı”sı hazırlanacaq
Füzuli sakinləri Beyləqanda pulemyot satarkən tutuldu (FOTO/VİDEO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Xəzərdən nərə balıqlarını qanunsuz ovlayan şəxslərə cinayət işi açılıb
Ən iddialılar "Teknofest"də yarışır
Kürdəmir sakinindən heroin və tiryək götürülüb
Unibankın 20 milyon manatlıq istiqrazı uğurla yerləşdirilib
Televiziya kanalları HD yayıma keçir, bunun üçün insanlar nə etməlidir? - MTRŞ sədrindən açıqlama (ÖZƏL)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 3 361 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb
Sənaye zonalarında ixracın həcmi əvvəlki illə müqayisədə 2,7 dəfə artıb
Bir neçə qurum avtomobillərini ucuz qiymətə satışa çıxarır
DOST mərkəzlərində "onlayn növbə" və "surdotərcümə" xidmətləri istifadəyə verildi
Azərbaycanda 3 helikopter satışa çıxarılır (FOTO)
Paşinyan Türkiyəyə səfər edə bilər
Yelo Bankdan gömrük işçilərinə zaminsiz və komissiyasız kredit!
Azərbaycan və Türkmənistanın “Dostluq” yatağı üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilib
Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb
İranda daha 30 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyevin vəkillik fəaliyyətinə böyük önəm verməsi işimizdə köklü dəyişiklik yaradıb - Vəkillər Kollegiyasının sədri (VİDEO)
Göygöldəki Psixonevroloji Sosial Xidmət Müəssisəsində 135 şəxsə stasionar şəraitdə sosial xidmətlər göstərilir (FOTO)
Tural Sadıqlı və Fikrət Hüseynov barəsində axtarış elan olunub
AAYDA və "Azərsu" ASC birgə məlumat yayıb (FOTO)
Korporativ sosial məsuliyyət tədbirlərində fəal iştirak edən sosial tərəfdaşlar mükafatlandırılıb (FOTO)
Ağacları zədələyən şirkət cəzalandırılıb
İsa Həbibbəyli və Gövhər Baxşəliyevaya yeni vəzifə verildi
Azərbaycanda sənaye zonalarına qoyulan investisiyanın həcmi açıqlanıb
Əjdər Olun məhkəməsi keçirilib
Vladimir Putin Türkiyəyə səfər edəcək
Vətəndaşların məmnunluğu dövlətimiz üçün vacibdir - Naqif Həmzəyev
Təhsil Nazirliyindən direktorun rüşvət istəməsinə dair səs yazısı ilə bağlı AÇIQLAMA (VİDEO)
Hafiz Məmmədov barəsində həbs qərarı verilib - Rəsmi
Ziraat Bank Azərbaycan real sektorun etimadını qazanmağa davam edir
Avtobusda, maşında yol gedərkən ürəyi bulananlara - Həkim tövsiyəsi
Xaricdən gələn şübhəli zənglərin 90 faizə yaxını bloklanıb - Nazir müavini
Ukraynada əsgər 5 hərbçi yoldaşını belə öldürüb (VİDEO)
Rusiyada bir gündə 88 mindən çox şəxs koronavirusa yoluxub
Qarabağa səfər edən hər kəs Ermənistanın dağıdıcı fəaliyyətinin nəticələrini görə bilər - Fərid Şəfiyev
Hazırda güzəştli pensiyalarla bağlı araşdırmalar aparılır - Anar Əliyev
Sabah hava necə olacaq?
Vətən müharibəsi iştirakçılarının siyahısı tərtib olunub Zəfər altsisteminə daxil ediləcək - Nazir müavini
SOCAR AQŞ və İraq Qazma Şirkəti arasında protokol imzalanıb
"Baktelecom" və "Aztelekom"un birləşdirilməsi planlaşdırılır - Rövşən Rüstəmov
Azərbaycana gələn yük avtomobilindən 4600 ədəd siqaret aşkarlanıb
Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar görüş keçirib (FOTO)
Azərbaycanda yeni 5G tezliklərinin paylanması cədvəli təsdiqlənib - Nazir müavini
Bank VTB (Azərbaycan) ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Postmüharibə reallıqlarında regional əməkdaşlığın yeni imkanları. Zəngəzur dəhlizi - “Əsas məsələ”də müzakirə (FOTO/VİDEO)
Qəbələdə tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib
Hindistanın Respublika Günü qeyd edilib (FOTO)
Azərbaycanın azad edilmiş ərazilərdə 13 layihə üzrə 9 yolun tikintisi başlayıb - Müşavir
Peyvənddən 5 ay sonra immunitet zəifləməyə və virusu unutmağa başlayır - Baş infeksionist
Rafael Cəbrayılov vəfat etdiyi üçün bütün işləri onun üstünə atırsınız - Hakim
Ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır (FOTO)
Operatorlar dövlət müəssisələrinin balansındakı kabel şəbəkələrindən icazəsiz istifadə edir - Nazir müavini
Azərbaycan-İran əməkdaşlığı regional sülhə və tərəqqiyə xidmət edir - Kamaləddin Qafarov
Sosial məsuliyyət istiqamətində stimullaşdırıcı tədbirlər nəzərdə tutula bilər - Fərid Qayıbov
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsinə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Azərbaycan qlobal səviyyədə antisemitizmlə mübarizə və multikulturalizmin dəstəklənməsində öz rolunu oynayıb - BMT rəsmisi
Rəsmi iş yeri olmayanlar icbari tibbi sığortadan yararlana bilər?
Aİ aqroturizmin inkişafı sahəsində təcrübəsini Azərbaycanla bölüşür - Peter Mixalko
Azad edilmiş ərazilərin 35 faizi teleradioyayımla əhatə olunub – Nazir müavini
“Məşğulluq marafonu” çərçivəsində 1600-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub - Nazir
Son 3 ildə sosial paketlər üçün 5 milyard manat ayrılıb - Sahil Babayev
Zəngilan və Laçın hava limanlarının tikintisinə hazırlıq işləri aparılır - Nazir müşaviri
Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində aparıcı rol oynayır - Aİ nümayəndəliyinin rəhbəri
Azərbaycanda sənaye zonalarında istehsal edilən məhsulun dəyəri açıqlanıb
Bakı Taksi Xidmətinə özəl investisiyaların cəlb edilməsi planlaşdırılır
Bakıda havanın keyfiyyəti yaxşılaşıb - ETSN
Azərbaycan böyük yəhudi icmasının yaşadığı unikal müsəlman ölkəsidir - İsrail səfiri (FOTO)
Xızıda evlərdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
“Muğanbank”ın xalis mənfəəti 2 dəfədən çox artıb
2024-cü ilədək bütün ölkənin internetlə təmini planlaşdırılır - Nazir müavini
Magistraturaya sənəd qəbulunun vaxtı açıqlanıb
Azərbaycan neftinin qiyməti 94 dollara çatır
İsraildə 18 yaşdan yuxarı şəxslər üçün dördüncü doza vaksinə icazə verilib
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Binə qəsəbəsində yeni inşa edilmiş Tədris və Xidmət Kompleksinin açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Ötən gün 25 yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib (VİDEO)
Yeni sistem sərnişin və yükdaşımada məmur-sahibkar təmasını minimuma endirəcək - Nazir müşaviri
Karantini pozan şadlıq sarayının sahibi barəsində material məhkəməyə göndərilib
12 koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb
Bütün xəbərlər