...

Əli Əhmədov: Seçkilərlə bağlı YAP-ın hər hansı qurultayının keçirilməsinə ehtiyac yaranmayıb

Siyasət Materials 28 Noyabr 2019 15:43 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının bu günə qədər olan praktikasına görə parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb.
Əli Əhmədov: Seçkilərlə bağlı YAP-ın hər hansı qurultayının keçirilməsinə ehtiyac yaranmayıb

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyasının bu günə qədər olan praktikasına görə parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

Ə.Əhmədov vurğulayıb ki, YAP-ın qərar qəbuletmə strukturları var: "Layiqli namizədləri müəyyənləşdirmək əsasdır. Hər bir seçkinin taleyini, çox sayda üzvümüzün təmsil olunmasını seçicilərimiz müəyyənləşdirəcək. Seçiciləri inandırmaq lazımdır ki, onların maraqlarını və mənafelərini daha yaxşı təmin edə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti