...

Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmirini təbrik edib

Siyasət Materials 30 Noyabr 2019 16:10 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu ünvanlayıb
Prezident İlham Əliyev BƏƏ-nin Vitse-prezidenti, Baş naziri və Dubay Əmirini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktuma təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət,

Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti