...

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Mənzil Qərargahında keçirilən iclasda iştirak edib (FOTO)

Siyasət Materials 14 Yanvar 2020 17:48 (UTC +04:00)
NATO-nun başçılığı altında aparılan “Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun Mənzil Qərargahında keçirilən iclasda iştirak edib (FOTO)

Bakı. Trend:

Yanvarın 14-də Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil Qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” formatında Baş Qərargah rəisləri səviyyəsində keçirilən iclasında iştirak edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda təlim, dəstək və məsləhət üzrə NATO-nun başçılığı altında aparılan “Qətiyyətli Dəstək” missiyasının cari vəziyyətinə dair müzakirələr aparılıb və missiyanın gələcək inkişafı üzrə müvafiq qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti