...

Deputatlığa namizəd Afət Həsənova Əmircan qəsəbəsində seçicilərlə görüşüb (FOTO)

Siyasət Materials 4 Fevral 2020 09:31 (UTC +04:00)
Milli Məclisə seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizəd Afət Həsənova Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində seçicilərlə növbəti görüşünü keçirdi.
Deputatlığa namizəd Afət Həsənova Əmircan qəsəbəsində seçicilərlə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisə seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizəd Afət Həsənova Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində seçicilərlə növbəti görüşünü keçirdi.

Trend-in məlumatına görə, Yeni Azərbaycan Partiyasının namizədi Afət Həsənova son illərdə qeyri – neft sektorunun inkişafı ilə əlaqədar köklü islahatların həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyevin qeyri – neft sektorunun inkişafına xüsusi diqqət ayırdığını, respublikada turizm və digər sənaye sahələrinin, təhsilin, səhiyyənin inkişaf etdirilməsinə ciddi diqqət yetirdiyini qeyd etdi. Namizəd Afət Həsənova bu sektorun inkişaf strategiyasının məqsədinin ölkənin neftdən asılılığını minimuma endirməklə əhalinin məşğulluğunun artırılması, eləcədə, bunun düzgün hazırlanmış uzaq görən strategiyanın bariz göstəricisi olduğunu bildirdi.

Vətəndaş yönümlü siyasətə diqqət çəkən namizəd Afət Həsənova özü haqında da məlumat verdi, seçicilərin təklif və problemlərini dinlədi. Görüşdə bəzi məsələlərin həlli məqsədiilə qeydiyyat aparıldı.

Seçicilər görüşdə Azərbaycanın firavan gələcəyi üçün çalışan ölkə Prezidenti cənab İlham Əliyevə və sədri olduğu Yeni Azərbaycan Partiyasına hər zaman dəstək olacaqlarını, 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə onun partiyasının namizədi Afət Həsənovaya səs verəcəklərini qeyd etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti