...

Koronavirusa görə məhdudiyyətlər deputatın nəqliyyat vasitələrinə şamil edilməyəcək

Siyasət Materials 17 Aprel 2020 12:26 (UTC +04:00)
Koronavirusa görə məhdudiyyətlər deputatın nəqliyyat vasitələrinə şamil edilməyəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda koronavirus epidemiyası ilə əlaqədar məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilməyəcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Təklif edilən dəyişiklikdə qeyd olunur ki, karantin rejiminin tətbiqi ilə əlaqədar ölkə ərazisində sərbəst hərəkətə qoyulan məhdudiyyətlər deputata, onun şəxsi və xidməti nəqliyyat vasitələrinə şamil edilmir.

Təklif səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti