Vüqar Rəhimzadə: Prezidentin Sərəncamı azad mətbuatın inkişafının prioritetliyini bir daha təsdiqləyir

Vüqar Rəhimzadə: Prezidentin Sərəncamı azad mətbuatın inkişafının prioritetliyini bir daha təsdiqləyir

Bakı. Trend:

Bu gün dövlətimizin möhkəm təmələ əsaslanan siyasətinin nəticəsi olaraq bütün sahələr inkişaf, tərəqqi dövrünü yaşayır. Bu inkişafdan geri qalmayan, cəmiyyətimizin güzgüsü kimi dəyərləndirilən, reallıqların təbliğatçısı olan mətbuatımıza dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda, obyektivlik, qərəzsizlik, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız da öz növbəsində bu diqqət və qayğıya cavab olaraq Azərbaycan xalqının maraqlarını daim müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini əsirgəməməlidir.

Bu fikirləri Trend-ə açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, bu fikri böyük inam və qətiyyətlə qeyd edə bilərik ki, Azərbaycan mətbuatı bu gün inkişafın yeni mərhələsini yaşayır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, mətbuatın da inkişaf tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Ümummilli Liderin Fərmanı ilə senzuranın ləğvi azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılmasını təmin etdi. Qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, mətbuat işçiləri ilə mütəmadi görüşlərin ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ və prinsipial müdaxilə ulu öndər Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Məhz bu diqqət və qayğının nəticəsi olaraq Ümummilli Lider 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

Baş redaktor bildirib ki, son 16 ildən çox dövrdə Heydər Əliyev siyasətinin bütün istiqamətlərdə uğurlu davamı mətbuatın inkişaf səviyyəsindən də aydın görünür: “Möhtərəm Prezidentimiz İlham Əliyev cəmiyyət həyatında mətbuatın rolunu yüksək dəyərləndirərək bildirir ki, bu gün hüquqi dövləti mətbuatsız təsəvvür etmək qeyri-mümkündür. Ən əsası müasir dünyada, inkişaf etmiş ölkələrdə azad medianın səviyyəsi hər bir ölkənin səviyyəsini göstərir. Dövlətimizin başçısının mətbuata diqqət və qayğısı davamlılığı ilə diqqət çəkir. 2005-ci ildən başlayaraq mətbuat işçilərinin təltif edilməsi ənənə halını alıb. 2010-cu ildə mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ilk Sərəncamın imzalanması da deyilənlərin bariz nümunəsidir. 2013-cü ildə ilk bina tikilib istifadəyə verildi və ikinci binanın təməli qoyuldu. Ənənəvi hal alan bu sərəncamlar 2013 və 2017-ci illərdə imzalandı. Artıq üçüncü binanın tikintisi başa çatıb. Möhtərəm Prezidentimizin bu mühüm addımı dünyada analoqu olmayan hadisə kimi dəyərləndirilir”.

V.Rəhimzadə Azərbaycan milli mətbuatının yubileylərinin dövlət səviyyəsində qeyd olunmasını da azad mətbuatın inkişafına, jurnalist əməyinə verilən dəyər kimi qeyd edib. Azərbaycan Prezidentinin mətbuata bu kimi diqqət və qayğısı daim media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. Məhz ölkə jurnalistlərinin yekdil rəyi ilə dövlətimizin başçısı üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Prezident İlham Əliyev mükafatın təqdim edilməsi mərasimində bildirmişdir: “Bu mükafatın verilməsi böyük məna daşıyır. Çünki ölkə Prezidentini “Jurnalistlərin dostu” adına sizin tərəfdən layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın inkişafında görülən işlərə işarə vurur. Mən bundan sonra da çalışacağam ki, Prezident kimi Azərbaycanda azad medianın inkişafı üçün dəstəyimi verim və beləliklə, ölkəmizin sürətli və uğurlu inkişafını təmin edim”.

Dövlətimizin başçısının 2020-ci il 30 iyun tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını bu sahəyə göstərilən diqqət və qayğının davamı kimi dəyərləndirən V.Rəhimzadə bildirib ki, sənəddə də vurğulandığı kimi, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır: “Azərbaycanda milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq imzalanan bu Sərəncamı biz mətbuat işçiləri yüksək səviyyədə alqışlayır, azad mətbuatın inkişafına növbəti dəstək kimi dəyərləndiririk. Bu diqqət və qayğıya görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk. Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyacın daha da artdığı bir zamanda mətbuatın 145 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncamın imzalanması qürurverici olmaqla bərabər, məsuliyyət hissimizi daha da artırmağa çağırışdır. Bu çağırışa qoşularaq dövlətçiliyimizin inkişafına töhfələrimizi daha davamlı edək, yeni texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə edərək informasiya müharibəsində fəal iştirak edək, həqiqətlərimizi heç bir təhrifə yol vermədən, qərəzsiz şəkildə ictimaiyyətə çatdırmaqla onların informasiya tələbatını yüksək səviyyədə ödəyək”.

"ADY Container"  yük daşımalarının həcmini artırıb
"ADY Container" yük daşımalarının həcmini artırıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
“Aeroflot” Bakıya reyslərin məcburi ləğvi barədə elan verib
Loading Bars
Xəbər lenti
Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin yeni sədr təyin edilib
Avqustun 13-də dolların manata qarşı məzənnəsi
İsveçrədə koronavirusa yoluxma göstəriciləri kəskin artır
Vüqar Rəhimzadə: Ümidverici rəqəmlər fonunda səhlənkarlığa imkan verməməliyik
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib
Peşə təhsili üzrə kadr hazırlığının təşkili ilə bağlı yeni memorandum imzalandı
Azərbaycanda 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı
Qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən subbakalavrların qeydiyyatına başlanılıb
PAŞA Bank ailəsinə qoşulun!
Ağdaşda ictimai nəqliyyatda tibbi maska taxmayan sürücü və sərnişinlər cərimələnib (FOTO)
Hindistanda avtobus yandı - Ölənlər var
İcra hakimiyyəti Nərimanovda inşa edilən futbol meydançasının tikintisini dayandırıb (FOTO)
Karantin qaydalarını pozaraq Qubaya gələn 7 nəfər məsuliyyətə cəlb olundu
"Ziraat Bank Azərbaycan"ın ödənişləri artıq eManat terminallarında!
Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir
Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibi təsdiq edildi - SƏRƏNCAM
Çindən gələn nümayəndə heyəti videokonfrans keçirdi (FOTO)
Şotlandiyada qatar relsdən çıxaraq yanıb (FOTO)
Xəzərin mühafizəsi ilə bağlı növbəti aksiya keçirildi (FOTO)
Neftçalada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələnib (FOTO)
ÜST: Rusiyadakı peyvəndlə bağlı aparılan sınaqların təfərrüatı nəzərdən keçiriləcək
Təhsil Nazirliyi: Məktəblərə tədrisin təşkili ilə bağlı heç bir təlimat verilməyib
Baş Prokurorluq on altı yaşına çatmayan şəxsə zor tətbiq edilməsi ilə bağlı məlumat yaydı
Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub (FOTO) (YENİLƏNİB)
I, V, IX siniflər üçün həftədə üç, X və XI siniflər üçün dərslər tam onlayn qaydada keçirilsin - TƏKLİF
190 manat almaq üçün 278 min şəxsin siyahısı aidiyyəti banklara göndərilib - Nazirlik
Paris marafonu koronavirusa görə ləğv olunub
Pandemiyadan zərər çəkmiş bu şəxslərə təkrarən yardımların verilməsinə başlanıldı
DANX: Sərnişindaşımanın bərpası yalnız Operativ Qərargahın qərarından sonra bəlli olacaq
Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı
Bu sərəncam sadəcə hərb tariximizə deyil, həm də ümumbəşəri dəyərlərə verilən ən yüksək qiymətdir - Cəlil Xəlilov
Balakəndə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanıldı (VİDEO)
Hikmət Hacıyev: Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir
İranda sutka ərzində koronavirusdan 188 nəfər ölüb
Mədəniyyət nazirinin yeni müşaviri təyin edilib
“Barselona”nın futbolçusu koronavirusa yoluxub
8027 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Ötən gün yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb
Sabah Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq
Avstraliyada koronavirusdan gündəlik ölüm sayı rekord həddə çatıb
Avtobus sürücüsü ehtiyatsızlıqdan iş yoldaşını vurub öldürdü
"Gələcəyimiz gənclərdir" festivalı baş tutub (FOTO)
Salyanda narkotik bitki əkib-becərən şəxs saxlanılıb (FOTO/VİDEO)
Biləsuvarda sanitar-karantin qaydalarını pozan 35 nəfər cərimə edilib
DİM imtahan verəcək abituriyentlərə müraciət etdi
Rusiyada koronavirusa yoluxanların sayı 900 min nəfəri keçdi
“Twitter”də yeni funksiya işə düşüb
Ceyhun Bayramov: Biz münaqişənin siyasi yolla, danışıqlarla həll edilməsi tərəfdarıyıq
Bu il sosial ödənişlər 707 milyon manat artıb
Azərbaycan neftinin qiymətləri dəyişib
Ceyhun Bayramov: Türkiyə-Azərbaycan əməkdaşlığı regionun inkişafına da xidmət edir
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir
Salyanda sanitar-karantin qaydalarını pozan 12 nəfər cərimə edilib (FOTO/VİDEO)
Zaqatalada evdə nişan mərasimləri keçirənlər cərimələnib (VİDEO)
MİDA-nın keçirdiyi mənzillərin elektron satışı şəffaflığın təmin edilməsi baxımdan vacibdir - Ekspert
Buraxılış imtahanında iştirak etməyənlərin qəbul imtahanında iştirakına icazə verildi
Ceyhun Bayramov "CNN Türk"ə Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat barəsində danışıb
9 hakimin fəaliyyətinə xitam verilib (VİDEO)
Ermənistanda fövqəladə vəziyyət daha bir ay uzadıldı
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb - SƏRƏNCAM
Baş Prokurorluq sosial şəbəkələrdə yayılan işgəncə fotoları ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
Sabah 19197 abituriyent qəbul imtahanı verəcək
Pekin aeroportlarında 600-dək reys təxirə salınıb
Ermənistanda 201 yeni yoluxma qeydə alınıb
Narkotik becərən şəxs “iş başında” saxlanıldı (FOTO)
Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib
Mədəniyyət Nazirliyinin şöbə müdiri işindən ayrılıb (FOTO)
Ceyhun Bayramov Türkiyə televiziyasına müsahibə verib
Monqolustanda bubon taunundan ikinci ölüm qeydə alınıb
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir (FOTO)
Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
Cəlilabadda karantini pozan kafe aşkarlandı
İmişlidə bıçaqlanma olub: 1 ölü, 1 yaralı
Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
BNA: Hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır
Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozdu
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir
Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri
"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Mingəçevirdə birmərtəbəli evdə yanğın olub, xəsarət alan var
Qazaxıstanda daha 691 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
"Comex" birjasında qızılın qiyməti düşüb
İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb
Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb
Moskvada bir sıra aviareys ləğv edilib
"Şaxtyor" və "Sevilya" Avropa Liqasının yarımfinalına yüksəliblər
Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 611 nəfərə çatıb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Bayden ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçib
ÜST dünyada koronavirusla bağlı son statistikanı açıqlayıb
Bütün xəbərlər