...

Deputat: Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır

Siyasət Materials 23 İyul 2020 11:05 (UTC +04:00)
Deputat: Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır

Bakı. Trend:

Bildiyiniz kimi iyulun 12-də Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədini və kəndlərimizi toplardan atəşə tutmuş və nəticədə 12 hərbiçimiz və bir mülki şəxs həlak olmuşdur. Ermənistan törətdiyi bu hərbi cinayətə görə Azərbaycan ordusu tərəfindən endirilən adekcat zərbələr nəticəsində ağlr itkilər verib. Şəhidlərimizin qisası və növbəti təxribatın qarşısı qətiyyətlə alınıb.

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının tapşırığına əsasən Tovuz rayonuna və sakinlərə dəyən zərər tezliklə qısa müddətdə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır:

"Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq.

Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.

Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır.

Dövlət başçısı İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib.

Birinci vitse-prezident Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaqdır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəsrejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi üçün müvafiq sərəncam da verilibdir.

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının tam təmin edir və şanlı ordumuz tezliklə ərazi bütövlüyümüzü və süverenliyimizi tam bərpa edəcəkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti