...

Səfir: Malayziya Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyəcək (FOTO)

Siyasət Materials 31 Avqust 2020 13:48 (UTC +04:00)
Səfir: Malayziya Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyəcək (FOTO)

Bakı. Trend:

Malayziya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə hər zaman Azərbaycanı dəstəkləyəcək.

Trend-in məlumatına görə, bunu Malayziyanın Azərbaycandakı səfiri Yubazlan Bin Yusof səfirlikdə təşkil olunan tədbir zamanı deyib.

O əlavə edib ki, Malayziya Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və dövlət sərhədlərinin bölünməzliyini dəstəkləyir, eləcə də Ermənistan tərəfindən güc tətbiqini qəbulolunmaz hesab edir.

Onun sözlərinə görə, Malayziya Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsinə sadiqdir:

“Mən Malayziya ilə Azərbaycanın ikitərəfli münasibətlərinin ildən-ilə yaxşılaşmasını məmnunluqla qeyd edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti