...

Baş Nazir Əli Əsədov Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb

Siyasət Materials 2 Noyabr 2020 16:44 (UTC +04:00)
Baş Nazir Əli Əsədov Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 2-də Gürcüstanın Baş Naziri Giorgi Qaxariyaya məktub ünvanlayıb.

Nazirlər Kabinetindən Trend-ə bildirilib ki, Baş Nazir Əli Əsədov Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qalib gəlməsi münasibətilə Baş Nazir Giorgi Qaxariyanı təbrik edib.

Bu qələbənin hakim partiyanın uğurlu siyasətinə dost Gürcüstan xalqı tərəfindən verilən yüksək qiymətin təcəssümü olduğu vurğulanıb, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafına bundan sonra da töhfə verəcəyinə əminlik idafə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti