...

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçilərindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib

Siyasət Materials 18 Noyabr 2020 15:45 (UTC +04:00)
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçilərindən Prezident İlham Əliyevə təbrik məktubu gəlib

Bakı. Trend:

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçilərindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Trend-in məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Rusiya Federasiyasının vasitəçiliyi ilə tarixi razılaşmanın imzalanması münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınan ərazi bütövlüyü və suverenliyi bu razılaşma sayəsində bərpa olunacaq. Eyni zamanda, bu razılaşma bölgədə sülhün və sabitliyin bərqərar olmasına töhfə verəcək.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin qurucu üzvləri olaraq bu tarixi bəyanatı yaxından izləyirdik. Cəmiyyətimiz xalqlarımız arasında əlaqələrin inkişafında önəmli rol oynayır.

Qardaş ölkə Misirdə dua edirik ki, Uca Allah Vətən uğrunda şəhid olanları cənnətlə mükafatlandırsın, yaralılara isə tezliklə şəfa versin.

Zati-aliləri, Sizin müdrik və uzaqgörən rəhbərliyinizlə qardaş Azərbaycan Respublikasının müstəqilliyinin əbədi olmasını, xalqınızın əmin-amanlıq şəraitində yaşamasını arzulayırıq.

Dərin hörmət və ehtiramla,

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyəti və təsisçiləri:

Əli Cümə, professor, Əl-Əzhərin Böyük Alimlər Şurasının üzvü və Misir Ərəb Respublikasının sabiq müftisi

Osama əl-Əbd, professor, Misir Parlamentinin Din və vəqflər komitəsinin sədri

Əl-Seyyid Mahmud Əl-Şərif, Ərəb və İslam Dünyasında Seyyidlər Həmkarlar İttifaqının sədri

Adel Dərviş, Helvan Universitetinin professoru və Misir-Çin Universitetinin müşaviri

Bağdadi İmam, Misir Təhsil Nazirliyinin Baş direktoru

Tövhid Məhəmməd Əbdül Məcid, Misirin Əl-Xeyir Fondunun hüquq məsələləri üzrə direktoru

Yusif əl-Şərqavi, Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı sabiq səfiri

Medhət Camal, briqada generalı, Misirin Əl-Xeyir Fondunda layihə rəhbəri

Usəmə Əbdülrəhman, Helvan Universitetinin professoru

Mona Zaidan, Helvan Universitetinin professoru

Əhməd Abdo Tarabek, Orta Asiya və Qafqaz məsələləri üzrə tədqiqatçı

Mustafa Məhəmməd Hicazi, mühəndis, “Orange” Misir şirkətinin Baş direktoru

Seymur Nəsirov, Misirdəki Azərbaycan diasporunun sədri".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti