...

Prezident İlham Əliyev: Gəncədə ballistik raketlərlə dağıdılan binalar xatirə komplekslərinə çevrilməlidir

Siyasət Materials 7 Yanvar 2021 13:06 (UTC +04:00)
Prezident İlham Əliyev: Gəncədə ballistik raketlərlə dağıdılan binalar xatirə komplekslərinə çevrilməlidir

Bakı. Trend:

Gəncə şəhərində Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılan binalar xatirə komplekslərinə çevrilməlidir

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

"Gəncə şəhərində yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib. Bu evlər yenidən tikilməlidir. Amma hesab edirəm ki, həmin yerlərdə yox, həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Hesab edirəm ki, biz artıq orada təmizləmə işlərinə də start verməliyik. Çünki bir müddət o yerlər dağılmış vəziyyətdə qalmışdır ki, xarici jurnalistlər, eyni zamanda, diplomatik missiyaların nümayəndələri gedib orada erməni vəhşiliyini öz gözləri ilə görsünlər. Demək olar ki, dünyanın bütün aparıcı kütləvi informasiya vasitələri bu dəhşətli görüntüləri öz videoreportajlarında əks etdirmişlər. İndi isə Gəncə şəhərində dağılmış çoxmənzilli evlərin ərazilərində təmizlik işlərinə start verilməlidir. Yerli icra orqanlarına kömək göstərin və layihələr hazırlayın. O xatirə kompleksi həmin yerlərdə olmalıdır ki, heç kim bizim şəhidlərimizi unutmasın və biz onların əziz xatirəsini əbədiləşdirməliyik.

Azad edilmiş torpaqlarda artıq işlər başlamışdır. O mənada ki, müvafiq göstərişlər verilmişdir. İlk növbədə, minalardan təmizlənmə işləri gedir. Şəhərsalma ilə bağlı artıq ilkin təmaslar yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti