...

Türkiyə və Azərbaycan orduları bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstərdi - Hulusi Akar

Siyasət Materials 11 Fevral 2021 16:56 (UTC +04:00)
Türkiyə və Azərbaycan orduları bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstərdi - Hulusi Akar

Bakı. Orxan Nəbiyev - Trend:

Türkiyə və Azərbaycan Silahlı qüvvələri onlara verilən bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstəriblər.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarsda keçirilən "Qış təlimi-2021" Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan ordusunun əməkdaşlıq etməsi çox vacibdir:

"Ölkələrimizin, xalqlarımızın müdafiəsi və təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan ordularına hər kəsin etibar etməli olduğunu göstərdik. Həm Türkiyə, həm də Azərbaycan Silahlı Qüvvələri həm təchizatı, həm də şəxsi heyətinin keyfiyyəti ilə quruda, dənizdə, havada, qışda, yayda, dağda, düzənlikdə bütün tapşırıqları yerinə yetirmək gücündə olduğunu göstərib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti