Bakı. Orxan Nəbiyev - Trend:
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qazilərə göstərdikləri köməyə görə israilli həkimlərə təşəkkür edib.
Trend-in məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.
O bildirib: "Biz yaralı əsgər və zabitlərimizə oftalmoloji dəstək göstərmiş israilli həkimlərə və İsrailin Azərbaycandakı səfirliyinə təşəkkürümüzü bildiririk. Bir həyatı xilas edən, dünyanı xilas edir".