...

Ceyhun Bayramov BMT Baş Assambleyasının sədri ilə görüşüb (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 9 Aprel 2021 15:02 (UTC +04:00)

Bakı. Trend:

2021-ci ilin 9 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sədri Volkan Bozkır arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyasına uğurla sədrlik etməsi münasibətilə Volkan Bozkırı təbrik etdi. Pandemiyaya rəğmən sədrliyin çox fəal şəkildə həyata keçirildiyi qeyd olundu və bu xüsusda, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə BA sədrliyinin dəstəyi məmnunluqla vurğulandı.

Volkan Bozkır BA sədri qismində ilk səfərlərini reallaşdırdığını bildirdi və bu çərçivədə Azərbaycanda olmaqdan qürur duyduğunu qeyd etdi. Azərbaycanın həm geostrateji, həm də BMT-yə töhfəsi baxımından vacib ölkə olduğunu ifadə etdi. BA sədri Azərbaycam Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVİD-19 ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının son dərəcə önəmli toplantı olduğunu söylədi.

Nazir Ceyhun Bayramov BA sədrinə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların imzalanması ilə yaranan yeni reallıqlar, işğal faktorunun aradan qaldırılması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verdi.

Tərəflər, həmçinin Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

12:33

XXX

Xarici işlər naziri Ceyhun Bayramov və BMT Baş Assambleyasının prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır arasında geniş tərkibli görüş başlayıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” hesabında bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti