Bakı. Trend:
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmeleddin İhsanoğlu ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı bəyanatını kəskin pisləyib.
Trend-in məlumatına görə, o bildirib ki, tarixi hadisələrin siyasi məqsədlərlə manipulyasiya obyektinə çevrilməsi utancvericidir:
"Bu bəyanatın arxasında duran hər kəsə xatırlatmaq istərdim ki, ABŞ-ın ən nüfuzlu tarixçiləri bu açıqlamaların həqiqətə uyğun olmadığını sübut edib. Ümid edirəm ki, xoş məram və obyektivlik zəfər çalacaq".
(Tərcümə: Orxan Nəbiyev)