...

Erməni millətçilərinin bir əsrdən çoxdur hallandırdıqları "soyqırımı" hadisəsi heç bir tarixi fakta əsaslanmır - Deputat

Siyasət Materials 26 Aprel 2021 21:00 (UTC +04:00)
Erməni millətçilərinin bir əsrdən çoxdur hallandırdıqları "soyqırımı" hadisəsi heç bir tarixi fakta əsaslanmır - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

ABŞ Prezidenti Baydenin qondarma “erməni soyqırımı”nı tanıması siyasi möhtəkirliyin ifadəsidir. Bu bəyanat dünyada sülhün, demokratiyanın, haqq - ədalətin qarantı kimi çıxış edən bir dövlət və onun Prezidenti üçün yolverilməzdir, tarixi səhvdir, ləkədir. Çünki erməni millətçilərinin bir əsrdən çox hallandırdıqları "soyqırımı" hadisəsi heç bir tarixi faktlara əsaslanmır.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, ABŞ-ın özü tərəfindən keçən əsrin əvvəllərində "soyqırımı" hadisəsinin təsdiq edilməsinə cəhdlər göstərilsə də heç bir nəticə əldə olunmadığından bu məsələ illərlə unudulub:

“Bu gün bütün dünya dərk edir ki, "erməni soyqırımı"nın gündəmə gətirilməsi və ABŞ prezidentinin yalançı faktlara don geydirməsi Türkiyəyə təsir vasitəsindən başqa bir şey deyildir. Bu bəyanat əslində Türkiyə, Azərbaycan, Ermənistan münasibətlərinin yaxşılaşmasına, münaqişələrin nizamlanmasına deyil, bu dövlətlər arasında ziddiyyətlərin kəskinləşməsinə xidmət edir. ABŞ Cənubi Qafqazda qarşıdurmaların davam etməsində maraqlıdır. Çünki bundan bəhrələnir, ölkələri təsir altına alır. Baydeni erməni xalqının düşdüyü ağır vəziyyət heç də maraqlandırmır, onu narahat edən bölgədə sabitliyin yaranması, Ermənistanın təsir dairəsindən çıxması, Türkiyənin regionda söz sahibinə çevrilməsi, güclənməsidir. Azərbaycanın müstəqil siyasət yeritməsi də ABŞ - ın maraqlarına cavab vermir”.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin müstəqil siyasəti, ordumuzun tarixi qələbəsi, ölkəmizdə yaradılmış ictimai - siyasi sabitlik, vətəndaş həmrəyliyi, birlik, Türkiyə ilə münasibətlərinin daha möhkəm əsasla qurulması, qardaş ölkənin mənəvi dəstəyi, uğurlarımıza önəm verməsi, hərtərəfli dostluq əlaqələri bir çoxları kimi Amerikanın hakim dairələrini də ciddi narahat edir və onlar bu birliyin heç vaxt tərəfdarı olmayıblar:

“Ermənistanı tamamilə Rusiyanın təsir dairəsindən çıxarmaq və belə bir saxta bəyanat verməklə erməni lobbisinin etimadını qazanmaq üçün edilən cəhdlər əslində rus xalqına yox, erməni xalqına bir zərbədir, erməni millətçilərinin əxlaqını pozmaq, onları yeni münaqişələrə ruhlandırmaq, məhvə yönəltməkdir. Bu bəyanatdan Türkiyə və Azərbaycan heç nə itirmir. İtirən dünyada demokratik imicinə böyük zərbə vuran ABŞ, onun ermənipərəst prezidenti Bayden və bir də satqın, millətçi Ermənistan rəhbərləridir. Böyük bir dövlətin rəhbərinin erməni lobbisinin əlində oyuncağa çevrilməsi ABŞ xalqına hörmətsizlik, dövlətin mənafelərinə isə tamamilə ziddir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti