...

BMT Baş Assambleyasının rəhbəri Ermənistanın 1915-ci il hadisələri ilə bağlı iddialarına cavab verdi

Siyasət Materials 6 May 2021 08:48 (UTC +04:00)

Bakı. Trend:

"Soyqırım" faktının mövcudluğu səlahiyyətli beynəlxalq məhkəmə orqanı tərəfindən müəyyənləşdirilməlidir.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır Ermənistanın BMT-dəki Daimi Nümayəndəsinin "erməni soyqırımı" bağlı iclasın gündəliyinə qaldırdığı uydurmasına cavab olaraq bildirib. İslas Beynəlxalq Çoxtərəflilik və Sülh naminə Diplomatiya Gününə həsr olunub.

Diplomat soyqırımın 1948-ci ildə BMT-nin Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasında xüsusi olaraq müəyyən edilmiş bir cinayət olduğunu xatırladıb.

O vurğulayıb ki, Konvensiyada soyqırımın nə olduğunu və bunun necə təyin olunduğunu açıq şəkildə qeyd olunub:

"Buna görə, soyqırım cinayəti səlahiyyətli məhkəmə orqanı tərəfindən müəyyən edilməlidir. Başqa sözlə, hadisəni soyqırım kimi qiymətləndirmək üçün səlahiyyətli beynəlxalq tribunal müvafiq qərar verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti