...

Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat

Siyasət Materials 12 May 2021 16:42 (UTC +04:00)
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Uzun müddətdən sonra Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi həm də Azərbyacan mədəniyyətinin işğaldan azad olunmasının bir nümunəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Şahin İsmayılov deyib.

Deputat bildirib ki, Azərbaycan müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində öz gücünə ərazilərini işğaldan azad etdi və ərazi bütövlüyünü bərpa etdi:

“Təəsüflər olsun ki, işğaldan azad olunmuş ərazilərimizdə olan minlərlə tarixi abidəmiz ermənilər tərəfidən ya dağıdılmış, ya da onların gerçək tarixi saxtalaşdırılmağa çalışılmışdır. Prezident İlham Əliyevin bu ərazilərə səfərləri zamanı Ali Baş Komandan da bu məsələlərə diqqətdə saxlayır və erməni şovinistlərinin törətdiyi vəhşilikləri əyani şəkildə göstərir. Prezident həmçinin qeyd edir ki, bu ərzilərimizin yenidən bərpası ilə yanaşı, maddi-mədəni tariximizin bərpası istiqamətində də işlər ən yüksək səviyyədə icra olunacaqdır. Artıq biz bu sahədə görülən işlərin şahidiyik”.

Deputat qeyd esib ki, bu torpaqlar əzəli-əbədi Azərbaycan torpaqlarıdır:
Buralarda olan tarixi-mədəni abidələrimiz də bunun əyani sübutlarıdır. İşğaldan azad olunmuş ərazilərdə olan bir çox tarixi-mədəni nümunələr dünya mədəni irsinin də zərif nümunələrindəndir. Əfsuslar olsun ki, erməni vandalları bu abidələrin bir çoxuna ciddi ziyan vurmuşdur. Amma biz əminik ki, güclü Azərbaycan dövləti bu sahədə də işləri ən yüksək səviyyədə təşkil edəcək. Artıq məlum olduğu kimi Şuşa Azərbaycanının mədəniyyət paytaxtı elan olundu. Öz coğrafi quruluşuna, tarixinə, mədəni abidələrinə və bir çox parametrlərinə görə unikallığı ilə fərqlənən bu qədim Azərbaycan şəhəri yaxın gələcəkdə dünya miqyasında da tanınan yerlərdən biri olacaqdır.

Festivallar böyük bir mədəni hadisədir. Dünyada bir çox şəhərlərin adı məhz orada keçirilən festiavalların adları ilə bağlıdır. “Xarıbülbül” musiqi festivalı da öz tarixi və rəngarəngliyi olan, keçirildiyi dövrdə bir çox mədəniyyət insanlarının diqqətini cəlb edən bir mədəniyyət hadisəsi idi. Ermənilərin Şuşa şəhərini işğal etməsilə bu mədəni hadisə də bir növ işğal altına düşmüşdür. Artıq bu torpaqlar öz sahiblərinə qovuşublar. Azərbaycan dövləti bu ərazilərdə öz mədəni irsini bərpa edir. “Xarıbülbül” musiqi fetivalı da bunun gözəl nümunələrindəndir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti