“Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar (FOTO)

“Xarıbülbül”ün qayıdışı və Şuşadan dünyaya verilən mesajlar (FOTO)

Bakı. Trend:

Qarabağ Zəfərinin davamı olan “Xarıbülbül” musiqi festivalı daha bir möhtəşəm uğur hekayəsidir

Tarix: 12-13 may 2021-ci il.

Məkan: Şuşa, Cıdır düzü.

Məqam: “Xarıbülbül” musiqi festivalı.

Bu, tarixə yazılan günlər, uzun illərin ayrılığından sonra qovuşduğumuz, qucaqladığımız yurd yeri, bənzərsiz hadisədir. Azərbaycan bir həftədir ki, Qarabağ Zəfərinin davamı olan daha bir möhtəşəm uğur hekayəsinin təsiri altında yaşayır. Yer üzündə Şuşanın, Cıdır düzünün bənzəri olmadığı kimi, “Xarıbülbül”ə bənzər musiqi festivalı da görünməyib.

Bu duyğusal günlərdə beynimdə dolaşan düşüncələri, Şuşa və festival barədə təəssüratlarımı oxucularla bölüşmək ehtiyacı duydum. Söhbətə müqəddimə olaraq deyim ki, bu, “Xarıbülbül”ün qayıdışı, multikulturalizmin Azərbaycan modelinin daha bir parlaq nümayişi idi və qədim yurd yerimiz, mədəniyyət paytaxtımız Şuşadan dünyaya musiqinin dili ilə ibrətamiz mənəvi-siyasi mesajlar ünvanlanırdı…

Əyilməyən, sınmayan, Azərbaycan ruhunu qoruyan şəhər

Gənclik illərində Şuşada dəfələrlə olmuşdum. Bacım Şuşa Pedaqoji Texnikumunda oxuyurdu və fürsət düşən kimi onun yanına gedirdim. Cıdır düzündə dayanıb saatlarla dağlara baxar, Günəşin çıxmasını, yaxud qürub çağını seyr edər, İsa bulağının suyundan dadmağa can atardım.

Budəfəki gediş isə təbii ki, tam fərqli idi və festivala dəvət almış bütün insanlar kimi, məndə də sözlə ifadəsi mümkünsüz olan hisslər doğururdu. Yol boyu qulaqlarımda müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün – noyabrın 8-də Şəhidlər xiyabanından xalqımıza müraciətində dediyi sözlər səslənirdi:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Mənə elə gəlirdi ki, Qələbə müjdəsi olan bu kəlmələr hələ də Şuşa dağlarında, onun hər qayasında, hər daşında əks-səda verir. Şuşa bizim milli sərvətimiz, qədim Azərbaycan şəhəridir. Prezidentimiz tarixi qərar verərək, onu Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Bunun ardınca isə Şuşada “Xarıbülbül” festivalının keçiriləcəyinin, Vaqif poeziya günlərinin bərpa olunacağının anonsunu verdi. Çox gözləmək lazım gəlmədi. Zəfər günündən altı ay sonra Cıdır düzündən yüksələn muğam, musiqi sədaları bütün dünyaya yayıldı. Bu, kimin kim olduğunu, kimin hansı mədəniyyətə sahib olduğunu, Qarabağın əsl sahiblərinin kim olduğunu əyani surətdə nümayiş etdirdi.

Pənahəli xanın təxminən 270 il əvvəl təməlini qoyduğu Şuşada işğal dövrünə qədər həmişə azərbaycanlılar yaşayıblar, bu şəhərin bütün aurasına, daş-divarına başdan-başa Azərbaycan ruhu hopub. Prezident İlham Əliyev festivalın açılış mərasimində bu məqamı xüsusi vurğuladı: “Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar dağıdıldı, məscidlərimiz dağıdıldı, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşa 28 il yarım əsarətdə idi, ancaq əyilmədi, sınmadı, öz ləyaqətini qorudu, milli ruhunu qorudu, Azərbaycan ruhunu qorudu”.

Biz də Şuşaya işğaldan sonra ilk səfərimiz zamanı onu əyilməyən, sınmayan, Azərbaycan ruhunu qoruyan şəhər kimi gördük və bundan böyük qürur duyduq.

Altı ay ərzində Şuşaya üç dəfə səfər edən Prezident İlham Əliyev deyir ki, hər dəfə buraya gələndə buradan ayrılmaq istəmir: “Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur”.

Xalqımız 30 il Qarabağ, Şuşa həsrəti ilə yaşayıb, amma bu gözəl diyara, bənzərsiz şəhərə qayıtmaq inamını heç vaxt itirməyib. “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu öndər Heydər Əliyevin illər öncə sarsılmaz inamla söylədiyi və festivalın leytmotivini təşkil edən, tədbirin iştirakçılarına təsirli anlar yaşadan bu fikirlərinin əks olunduğu lent yazısının nümayişi məni ötən günlərə qaytardı. Arxivimi araşdırıb tarixi və məkanı dəqiqləşdirdim: 1998-ci il martın 20-si, Mərdəkan, "Abşeron" sanatoriyası. Ulu Öndər həmin sözləri Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində söyləmişdi. Bu arzular 23 il sonra çin oldu, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Biz artıq Şuşadayıq, biz Laçına, Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Kəlbəcərə qovuşmuşuq. Üçrəngli bayrağımızın Qarabağda əzəmətlə dalğalandığı günü görmək, müqəddəs Qarabağ torpağını öpmək həqiqətən böyük xoşbəxtlikdir ki, bizə nəsib oldu.

Musiqi və birlik bayramı, qayıdış və milli ləyaqət bayramı

Təsadüfi deyildi ki, uzun fasilədən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuşdu. Biz canını gözəl Qarabağımızın düşmən tapdağından azad olunması naminə fəda edən qəhrəman Vətən övladlarına, sağlamlığını itirən qazilərə, rəşadətli Ordumuza, Azərbaycan əsgərinə borcluyuq. Xalq öz Prezidentinin, Ordu öz Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşdi və bu, Qələbəni şərtləndirən əsas amil oldu. Bu arzunu gerçəkliyə çevirən hər kəsin qarşısında baş əyirik! Həlak olmuş qəhrəmanların xatirəsi əbədi yaşayacaq!

Cıdır düzündə keçirilən budəfəki festival, sözün həqiqi mənasında, musiqi və birlik bayramına, qayıdış və milli ləyaqət bayramına çevrildi. Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri burada bənzərsiz musiqi çələngi hördülər. Yüksək dağlıq vadidə qurulmuş səhnədə molokan çastuşkalarından tutmuş talış, avar, ləzgi, tatar, kürd, udi, yəhudi mahnı və rəqsləri ifa olundu. Bunun da rəmzi mənası var idi, çünki 44 günlük Vətən müharibəsində heç bir etnik qrup ümumi işdən kənarda qalmadı. Onlar hamısı Qələbəyə töhfə verdi və bu, həqiqətən çoxmillətli Azərbaycan xalqının ümumi Qələbəsi oldu!

Festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyildi. Prezidentin vurğuladığı kimi, biz öz dini, milli, mənəvi köklərimizə bağlı olan xalqıq və əks-təqdirdə, heç vaxt işğala son qoya bilməzdik. Biz bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək, ədaləti bərpa edək, milli ləyaqətimizi qoruyaq və buna nail olduq. Bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq.

Festivalın proqramı və təşkili barədə də ayrıca danışmaq lazım gəlir. Müxtəlif xalqların nümayəndələri səhnədə bir-birini əvəz edirdi. Tədbirin ilk dəqiqələrindən hiss olunurdu ki, bu ideya Prezidentdən gəlib. Festival boyunca biz Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək zövqünün və təşkilatçılığının bir daha şahidi olduq. Bu, səhnə tərtibatından tutmuş, musiqi seçiminə və çıxışların ardıcıllığınadək hər bir detalda özünü açıq-aydın büruzə verirdi.

Doğrudan da, Azərbaycanda yaşayan bütün xalqların Vətən müharibəsində böyük payı olub. Tarixi Zəfərlə başa çatan 44 günlük müharibə bir daha göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar. Prezident çıxışında bu məqamı da xüsusi qeyd etdi və festival ölkəmizdəki sarsılmaz milli birliyin əyani nümayişi oldu.

Yazı üzərində işləyərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda, Azadlıq meydanındakı Zəfər paradında dediyi bu duyğusal sözləri xatırladım: “Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”. Hörmətli Ərdoğanın ötən qış günlərinin birində dediklərinin təsdiqini bir bahar günü Şuşada gördüm: Azad olmuş Xarıbülbül daha gözəl açmışdı, çaylarımız daha gur axırdı, Cıdır düzündə səslənən “Qarabağ şikəstəsi” ürəkləri, dağları titrədirdi.

İki gün qədim Şuşa, möhtəşəm Cıdır düzü bir çox həyəcanlı, qəlbləri riqqətə gətirən anlara şahidlik etdi. Yalnız birini qeyd etməklə kifayətlənmək istəyirəm. Gənc xanəndə Kənan Bayramlının ifasında “Bayatı Şiraz” muğamı səslənəndə festivalın demək olar ki, bütün qonaqları, eləcə də bu sətirlərin müəllifi sevinc göz yaşlarına hakim ola bilmədi. Mən Prezidentimizi, dəmir iradəli Müzəffər Ali Baş Komandanı ilk dəfə burada kövrələn gördüm...

Misli görünməmiş qəhrəmanlıq dastanı

Bir il əvvəl bu yerlərdə yad musiqi səslənirdi. İki il əvvəl Cıdır düzündə Paşinyan sərxoş halda rəqs edirdi. İndi bu yerlərin əsl sahibləri qayıdıb. Bu gün Şuşa dağlarında muğam əks-səda verir, ətrafa doğma musiqi sədaları yayılır, məscidlərdə yenidən azan səsi ucalır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevi qətiyyəti, cəsarəti və qüdrətli sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu otuz illik işğala, uzun illərin həsrətinə 44 gündə son qoyaraq görünməmiş qəhrəmanlıq dastanına imza atdı. Bu dastanın ən şərəfli səhifəsi, finalı isə sözsüz ki, Şuşa əməliyyatı oldu.

Şuşanı yaxından seyr edərkən gözlərim önündə istər-istəməz xəyali döyüş səhnələri canlanırdı. Bu yerləri görməyənlər qala-şəhərin alınmasının nə demək olduğunu təsəvvür edə bilməzlər. Şuşa təbii istehkamdır – dörd bir yanı keçilməz dağ-dərə, sıldırım qaya. Düşmən dağ başında tankı, topu ilə dayanmışdı, müdafiə mövqeyi qurmuşdu. Qəhrəman Azərbaycan əsgərləri işğalçıların tanklardan, toplardan açdıqları atəş altında sıldırım qayalara dırmaşır, düşməni əlbəyaxa döyüşdə məhv edirdilər. Şuşa uğrunda gedən döyüşlərdə şəhidlərimiz oldu. Amma qəhrəman hərbçilərimiz bir an da olsun tərəddüd etmir, nəfəs dərmədən irəli atılırdılar. Prezidentin təbirincə desək, onları irəliyə milli ruh aparırdı, Qələbəni də məhz bu amil təmin etdi. “Şuşanın azad edilməsi faktiki olaraq Ermənistan ordusunun və Ermənistan dövlətinin çökməsi demək idi. Çünki ondan bir gün sonra Ermənistan məcbur olub bizim şərtlərimizə əsasən formalaşmış kapitulyasiya aktına imza atıb və biz bir güllə atmadan Laçın, Kəlbəcər və Ağdam rayonlarını geri qaytardıq. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi günü – 8 noyabr günü Azərbaycanda rəsmi dövlət bayramı elan edildi, Zəfər bayramı elan edildi və biz bu bayramı hər il qeyd edəcəyik”, – Prezidentin Cıdır düzündə, festivalın açılışında qətiyyətlə söylədiyi, sürəkli alqışlarla qarşılanan, xalqımızın ürəyindən xəbər verən bu sözləri Şuşa əməliyyatının dəyərini bir daha göz önündə sərgilədi. Müzəffər Ali Baş Komandanın dediyi kimi, biz altı ay əvvəl Şuşaya döyüşərək, vuruşaraq, qan tökərək qayıtmışdıq. Bu gün isə “Azərbaycan mədəniyyəti, Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələri Şuşaya qayıdıblar və bu qayıdış reallıqdır, bu reallıqla hər kəs hesablaşmalıdır”.

Bu gün Şuşada yaşananlar həm də kimin kim olduğunun təsdiqidir. Gəzib görürük: ermənilər ötən 28 ildə demək olar daşı daş üstə qoymayıblar, əksinə, şəhəri dağıdıblar, bulaqları qurudublar. Çünki bu şəhər, bu bulaqlar onların deyil. Bu yerlərin əsl sahibləri isə gələn kimi qurmağa, yaratmağa başlayıblar və bunu dünya da görür. Onu da görür ki, Azərbaycan xalqı bundan sonra Şuşada əbədi yaşamağa qərarlıdır. Şəhərdə artıq bərpa işləri başlayıb. Təmir olunmuş Yuxarı Gövhərağa məscidində bayram namazı qılındı. Biz şəhərdə olan gün, Ramazan bayramı ərəfəsində Şuşada yeni möhtəşəm məscidin təməli qoyuldu. Ermənilər tərəfindən qurudulmuş “Xan qızı Natəvan” bulağından həmin gün su gəldi.

“Xarıbülbül” festivalının təəssüratları altında Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə xalqa müraciətlərinin, xarici KİV-lərə müsahibələrinin, bəyanatlarının videoyazılarına bir daha nəzər saldım. Bu dəfə diqqətimi bir məqam xüsusilə cəlb etdi. Fikir vermisinizsə, Paşinyan barədə danışanda Prezidentimiz adətən istehzalı ifadələr işlədir. Amma söhbət əvvəlki iki cani prezidentdən – Koçaryan və Sarkisyandan düşəndə yumruğu düyünlənir, qəzəb hissi kükrəyir. Deyir: “Biz Ermənistan ordusunu çökdürdük. Eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verdik. Biz Koçaryan, Sarkisyan ordusunu məhv etdik”. Koçaryan və Sarkisyan xalqımızın qanını tökmüş uşaq qatilləridir. Onlara sonsuz nifrət hissi, ilk növbədə, bundan qaynaqlanır. Daha nədən?! Azərbaycan Prezidenti qan tökülməməsi naminə, münaqişənin dinc yolla həll edilməsi ümidi ilə bu canilərlə uzun illər danışıqlar masası arxasında oturmaq məcburiyyəti qarşısında qalmışdı. Əlbəttə, danışıqların atmosferini, yaşanan gərginliyi tam təsəvvür etmək çətindir. Amma onların ədaları, həyasız təkəbbürləri, göstərdikləri nümayişkaranə dirəniş, səsləndirdikləri qəbulolunmaz şərtlər – bütün bunlar əsəbləri tarıma çəkməyə bilməzdi. Görünür, Prezident İlham Əliyevin vaxtilə içərisində boğmağa məcbur qaldığı qəzəb hələ keçməyib. Yəqin ki, bu müharibə caniləri ədalət mühakiməsi qarşında dayanana qədər də keçməyəcək.

Şuşasız və Şuşalı günlərimiz

Vətən müharibəsi, onun şanlı epizodu olan Şuşa əməliyyatı, Azərbaycan və Ermənistanın bu təkbətək döyüşü “məğlubedilməz erməni ordusu” mifinə son qoydu, həm düşmənə, həm də dünyaya bizim gücümüzü göstərdi. Prezidentimiz hələ müharibənin ilk günlərində “Şuşasız bizim işimiz yarımçıq olar”, - dedi və həmişə olduğu kimi, bu dəfə də dediyini etdi.

Şuşasız günlərimiz haqqında çox danışmaq istəmirəm. Şuşasız Azərbaycan qanadı qırılmış qartala bənzəyirdi. Quş qanadsız uça bilmədiyi kimi, biz də Şuşasız yaşa bilməzdik. Prezidentimiz Şuşanı qaytarmaqla, bizə həyat bəxş etdi. İndi elə bir azərbaycanlı olmaz ki, bu yerləri görməyə can atmasın. Çox keçməz ki, bu xoşbəxtlik hər kəsə nəsib olar.

İyirmi ildən çox aparılan danışıqların tarixçəsini vərəqləyəndə görürük ki, Şuşanın taleyi heç vaxt müzakirə predmeti olmayıb. Status, referendum, Madrid prinsipləri, beş rayonun qaytarılması, Kazan həll variantı və daha nələr... Danışıqlar bundan sonra bəlkə 20 il də davam etsəydi, ermənilər heç vaxt Şuşanı heç bir şərtlə qaytarmağa razı olmayacaqdı. Münaqişənin hərbi-siyasi yolla həlli həm də buna görə qaçılmaz idi.

Dövlətimizin başçısının Şuşaya ilk səfərində dediyi bu sözləri xatırlayıram: “Azərbaycan xalqı heç vaxt Şuşasızlığı qəbul etməyəcəkdi. Məhz buna görə də Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tuturdu”.

Ermənistanın baş naziri Nikol Paşinyana gəlincə, özünün etiraf etdiyi kimi, Şuşa onun üçün boz, darıxdırıcı şəhərdir. Amma erməni şovinistləri, erməni lobbisi Şuşadan bir silah kimi istifadə edir, orada çıxardıqları olmazın oyunlarla milli heysiyyətimizə toxunurdular. Əvvəl-axır bunun hesabını verməli idilər və verdilər. İndi baş qaldıran bəzi revanşist qüvvələrə Prezidentimizin bir cavabı var: “Dəmir yumruq” yerindədir, kim buna cürət etməyə qalxarsa, başı əziləcək.

Çoxdan gözlədiyimiz gün yetişib, Şuşalı günlərimiz başlayıb. Azərbaycanın döyünən ürəyi olan Qarabağı, Şuşanı qarşıda gözəl günlər gözləyir. Şuşa dünyanın ən gözəl şəhərlərindən biri olacaq.

Prezident İlham Əliyevin Şuşaya ailə üzvləri - birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə hər səfəri tarixi hadisə kimi qarşılanır, Qarabağdan əli üzülən düşmən üçün isə göz dağına çevrilir. Dövlətimizin başçısı azad olunmuş ərazilərdə Azərbaycan bayrağını ucaldır, Şuşada Novruz tonqalı alovlandırır, məscidlərdə dualar edir, Qarabağda yolların, aeroportun, infrastruktur obyektlərinin təməlini qoyur, məşhur Xudafərin körpüləri önündə, Arazın axar suyunda əlini yuyur, Zəngilanda nəhəng çinarı qucaqlayır. Bunların hər biri Qarabağın tarixən Azərbaycan xalqına məxsus olduğunu, torpaq sevgisini nümayiş etdirən duyğusal anlardır.

Şuşadan, Cıdır düzündən dünyaya verilən önəmli mesajlar

“Xarıbülbül” musiqi festivalı dünyaya bir çox önəmli mesajlar verilməsi baxımından da səciyyəvi oldu. Mayın 12-13-də Şuşaya ölkəmizin müxtəlif guşələrindən folklor kollektivləri, ustad musiqiçilər, Azərbaycan mədəniyyətinin korifeyləri, mətbuat nümayəndələri toplaşmışdılar. Festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin çıxış etməsi göstərdi ki, ölkələr belə inkişaf etməlidir. Yalnız çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf, birlik, milli həmrəylik, sülh olur. Azərbaycan uzun illərdir ki, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə multikulturalizmi, müxtəlif xalqların birgəyaşayışını təbliğ edir. Biz öz təcrübəmizi bölüşür və praktikada göstəririk ki, bu, mümkündür. “Xarıbülbül” musiqi festivalı bunun daha bir parlaq nümayişi oldu.

Zənnimcə, ən önəmli mesajlardan biri birinci xanım Mehriban Əliyevanın sosial şəbəkələrdəki səmimi paylaşımları, eləcə də festival iştirakçıları tərəfindən Şuşada gəzinti zamanı çəkilmiş kadrlar idi. Həmin paylaşımlardan, videolardan aydın şəkildə görünür ki, bu qədim şəhərdə artıq həyat qaynayır, hər yerdə bərpa işləri gedir. Yəqin ki, bu kadrları işğal illəri ərzində dağıdılmış şəhər və kəndlərdə törədilən barbarlıq aktlarını qeydə almaq üçün Qarabağa gəlməkdən imtina edən UNESCO məmurları da görürlər. Görürlər ki, burada bərpa işləri necə səylə və dəqiqliklə aparılır.

Biz qurucu xalqıq, biz tikirik, yaradırıq. Bu da çox önəmli mesajlardan biridir. İndi Makron Fransasının, Qafqaz regionundan təxminən on min kilometr uzaqda yerləşən “qonşu” Kanadanın, ərazisi Qarabağdan dörd dəfə kiçik olan “superdövlət” Lüksemburqun dəstəklədiyi düşmənlərimiz isə 30 ildir qarətlə, dağıtmaqla, talançılıqla məşğul idilər. Əgər Şuşa həqiqətən “erməni şəhəri” olsaydı, onda bədnam Zori Balayan erməniləri bu şəhəri yandırmağa çağırmazdı. Ev yiyəsi öz mülkünü heç vaxt yandırmaz, əksinə, onu qoruyar. Azərbaycanın dünyaya bu mesajının mahiyyəti belədir: Şuşa bizim doğma evimizdir, biz oraya qayıtmışıq! Həmişəlik!

Nəhayət unudulmaz musiqi festivalının iştirakçılarının öz parlaq ifaları ilə dünyaya göndərdikləri ən mühüm mesajlardan biri 28 ildən sonra Şuşaya mədəniyyətin qayıtması oldu! Qoy, bütün dünya görsün: Azərbaycan xalqı ilə birlikdə Şuşaya sivilizasiya da qayıtdı!

Aslan Aslanov

AZƏRTAC-ın İdarə Heyətinin sədri,

OANA-nın vitse-prezidenti

"Twitter"in işində qüsurlar yaranıb
"Twitter"in işində qüsurlar yaranıb
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Yeni iPhone SE-nin texniki xüsusiyyətləri açıqlanıb
Loading Bars
Xəbər lenti
Ağcabədidə intihar cəhdinin qarşısı alınıb
Güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi ləğv edilib (ƏLAVƏ OLUNUB)
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
İstanbul-Bakı-İstanbul üzrə bir neçə aviareys təxirə salınıb
Serbiya baş nazirinin müavini Azərbaycana gələcək
ÜGT-nin Avropa Regionu üçün elektron ticarət üzrə onlayn seminarı başlayıb (FOTO)
“Nar” Azərbaycan çempionu tituluna sahib oldu (FOTO)
Avropada təbii qaz 20 faizə yaxın bahalaşıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Mariana Vasileva Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşüb (FOTO)
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası təsdiqlənib
Sabunçuda ev yanıb, ölən var
Azərbaycan və İran nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərə birgə səfər edib
Rusiyanın daha bir aviaşirkəti Bakıya birbaşa reyslərə başlayıb
Ötən il 206 milyon manatdan çox maddi ziyan ödətdirilib
Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni barəsində cinayət işi açılıb
Ermənistan prezidenti Armen Sarkisyanın istefasının səbəbləri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ağdamda kafedə yanğın olub
Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
Prezident İlham Əliyev Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Almaniyada məşhur universitetdə atışma, yaralılar var
Xorvatiya Azərbaycana üç nümayəndə heyəti göndərəcək
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
Buraxılış imtahanlarının tarixləri açıqlanıb
Vahid əlaqələndirmə mərkəzlərində 11 min şəxsə xidmət göstərilib
AŞ PA-nın yeni sədri seçilib
H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunda piyada keçidi inşa edilir (FOTO/VİDEO)
Gələn tədris ili üçün informatika fənni üzrə imtahan modeli təsdiqləndi
35 yaşımda çıxıb, 65 yaşımda qayıtdım - Şuşa sakinindən təsirli sözlər (VİDEO)
Serbiyada zavod partlayıb, ölən və yaralanan var
Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib
Xəzərdə qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
Qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi həbs olunub
Bakıda narkotacir və mobil telefon oğruları saxlanıldı - Anbaan görüntülər (FOTO/VİDEO)
Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatdı
Avtomobilə konstruksiya dəyişikliyi edən sürücü saxlanılıb
İranda ötən sutka 21 nəfər koronavirusdan ölüb
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
İstanbul hava limanında uçuşlar dayandırılıb
İsrail dördüncü dozanın daha davamlı olduğunu elan edib
Qaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
İndiyə qədər COVİD-19 pasportu olmayan 64 mindən çox şəxs şənlik mərasimlərinə buraxılmayıb - DİN
NEQSOL Holding HR peşəkarları üçün Strateji HR Biznes Tərəfdaş Proqramını həyata keçirib
Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Azərbaycan -Türkiyə münasibətləri planlı formada hər sahədə inkişaf etdirilir - Elşan İzzetgil
“Azərlotereya” yeni “Ekpres Keno” virtual lotereyasını təqdim edib (VİDEO)
Azərbaycanda pul kütləsi artıb
Azərbaycanda karantin müddətinin 14 gündən 7 günə endirilməsinin səbəbi açıqlanıb
Ağdamda kafe yanıb (VİDEO)
Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Azərbaycanda bank işçilərinin sayı artıb
Kapital Bank Visa-nın 3 mükafatına layiq görülüb
Bu il 100-dən çox kəndin enerji şəbəkəsi yenidən qurulacaq (VİDEO)
Rusiyada növbəti dəfə ən yüksək yoluxma qeydə alınıb
Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb
İlk sərnişin avtobusu Şuşaya çatıb (FOTO/VİDEO)
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük sahəsində əməkdaşlıqla bağlı saziş təsdiqlənib
Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunub
Binəqədidə 10-dan çox narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb (FOTO)
Zakir Həsənov Finlandiya XİN nümayəndə heyəti ilə görüşüb (FOTO)
VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb (VİDEO)
Ötən gün 33 yanğın olub (FOTO/VİDEO)
Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib
Toylarda 150 nəfərlik limit artırılacaq? (ÖZƏL)
Azərbaycan Gimnastika Federasiyası iki illik fasilədən sonra yerli yarışlara start verir
Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib
Xaricdə təhsil alan və yerli xəstəxanalarda işə cəlb olunacaq həkimlərin maaşı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Bolqarıstanın energetika naziri Azərbaycana gələcək
“Azərpambıq ASK” MMC-də pambıq əkininə hazırlıq işləri uğurla davam etdirilir
Qanunsuz parklanma təşkil edənlər iki min manat cərimələnəcək
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)
Sürücülər bu pozuntuya görə 40 manat cərimələnəcək
Vətən müharibəsində ziyan görmüş 294 sahibkara 4,7 milyon manat kompensasiya ödənilib - KOBİA (FOTO)
Türkiyədə müalicə alan 25 hərbçiyə əlillik təyin ediləcək
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə start verilib
Azərbaycanda parklanmaya görə cərimələr artırılır
Qazaxıstanda yeni komandanlıq təsis edilib
249 uşaq üzərində ürək və damar əməliyyatı keçirilib
Tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb
Bakıda “Azərsu”nun işçisi adı ilə vətəndaşlardan pul alan şəxs peyda olub (FOTO)
Azərbaycanda velosiped yolları müəyyən edilir
İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların sayı artırılıb (SİYAHI)
Xəstəxanalara ən çox bu xəstəliklər üzrə müraciət olunur
Ötən il Baş Prokurorluq valideyn hüquqlarının məhdudlaşdırılması üçün 12 iddia qaldırıb
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün yeni cərimələr müəyyən edilir
Təqsirləndirilən şəxslərin xaricdəki əmlaklarının müsadirəsinə başlanılıb
Ağdamda ermənilərin dağıtdığı tarixi abidələr sərgilənəcək (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Avropa və İngiltərədə risklər yenidən artır
Ötən il amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb
Dəmiryol stansiyasından çuqun barmaqlıqlar oğurlanıb (FOTO)
Ötən ilin sonu İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Qadağan edilmiş məlumatları yerləşdirən sosial media istifadəçilərinə xəbərdarlıq edilib, 1 nəfər həbs olunub
Çayxanada qumar oynayanlar saxlanılıblar
Bütün xəbərlər