...

Müasir Azərbaycan AXC-nin varisi olaraq dövrünün ən güclü dönəmini yaşayır - Naqif Həmzəyev

Siyasət Materials 28 May 2021 16:53 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra özünü məhz Xalq Cümhuriyyətinin varisi elan etdi və bu gün müasir Azərbaycan AXC-nin varisi olaraq dövrünün ən güclü dönəmini yaşayır. İndi xalqımız ərazi bütövlüyünü bərpa etdiyi üçün Respublika Gününü daha xoşbəxt qeyd edə bilir.

Bunu Trend-ə Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi ilə bağlı deyib.

Deputat vurğulayıb ki, əgər xalq olaraq Prezident İlham Əliyevin ətrafında sıxlaşsaq, Cümhuriyyət qurucularının bizə əmanət etdiyi respublika ideyalarının qorunması və reallaşması üçün hər şeyi edə biləcəyik: "Qarabağın işğaldan azad edilməsi ilə zəfər tarixinin şahidi olduq. İndi xalqımız ərazi bütövlüyünü bərpa etdiyi üçün Respublika Gününü daha xoşbəxt qeyd edə bilir. 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda ərazilərimiz 150 min kvadrat kilometrə yaxın idi. AXC-nin dövründə çox ciddi işlər görülsə də, təəssüflər olsun ki, bir çoxu tamamlanmamış qaldı. Belə ki, Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra özünü məhz Xalq Cümhuriyyətinin varisi elan etdi və bu gün müasir Azərbaycan AXC varisi olaraq dövrünün ən güclü dönəmini yaşayır. Əgər 60-a yaxın hökumət və dövlət başçılarının Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərilən təbrik məktublarına diqqətlə nəzər yetirsək, görərik ki, Azərbaycan regionun ən aparıcı dövlətlərindən birinə çevrilib, ölkəmiz öz mövqeyini gücləndirib. Azərbaycanla tərəfdaşlıq etmək istəyən dövlətlərin sayı günbəgün artmaqdadır. Bu baxımdan, hesab edirəm ki, biz hazırda daha güclüyük və bundan sonra da cənab Prezidentin ətrafında sıx birləşərək xalqın birliyini daim qoruyub saxlamalıyıq. Bayram münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti