Bakı. Trend:
İndi Azərbaycanla NATO arasındakı münasibətlər heç vaxt olmadığı qədər vacibdir.
Trend-in məlumatına görə, bunu Təhlükəsizlik Siyasəti və İnkişaf İnstitutunun həmtəsisçisi və direktoru Svante Kornell "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, Azərbaycan regionun ən vacib ölkələrindən biridir: "Azərbaycanın coğrafi mövqeyi çax vacibdir və strateji əhəmiyyət daşıyır. Bu mövqe ölkəni ən vacib ölkələrdən birinə çevrir".
(Tərcümə: Orxan Nəbiyev)