...

Ramiz Göyüşov YAP-dan xaric edildi

Siyasət Materials 10 Sentyabr 2021 15:15 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının keçmiş sədri, sosial şəbəkələrdə intim videosu yayılan Ramiz Göyüşov partiya sıralarından xaric edilib.

Trend-in məlumatına görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.

Qeyd edək ki, Ramiz Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti