...

"Müstəqillik Günü haqqında" qanun layihəsinin müzakirələri dövrün zəruri addımlarından irəli gəlir - Naqif Həmzəyev

Siyasət Materials 13 Oktyabr 2021 16:37 (UTC +04:00)

Bakı. Trend:

Müstəqillik Günü haqqında" qanun layihəsi ətrafında aparılan müzakirələr onu deməyə əsas verir ki, bu, dövrün zəruri addımlarındandır. Xüsusilə, 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər, Azərbaycanın regionda formalaşdırdığı yeni reallıqlar həmin dəyişiklikləri zəruri edən əsas amillərdəndir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev "Müstəqillik Günü haqqında" qanun layihəsi barədə danışarkən deyib.

Deputat qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində ikinci dəfə dövlət müstəqilliyi qazanıb: "Daha doğrusu, bu, həmin ərəfədə Azərbaycanın müstəqillik qazanması kimi qəbul edilsə də, əslində, müstəqilliyin bərpası idi. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası özünü 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin varisi kimi qəbul edir. Bu, Konstitusiyada da öz əksini tapır. Həmin ərəfədə bu detallara diqqət edilməsə də, indi mövcud reallıq müvafiq dəyişikliklərin təklif etməyimizə imkan verir. Düzəlişlərin qəbul edilməsi üçün parlamentdə çoxluq razılıq verib. Bizim həm mənəvi, həm də hüquqi və siyasi cəhətdən tariximizə, öz keçmişimizə sahib çıxmağa və mirasın gələcək nəsillərə ötürülməsi üçün doğru-düzgün addımlar atmağa haqqımız çatır. Çətin günləri bir daha yaşamamaq üçün müvafiq düzəlişlər etməklə baş vermiş proseslərə düzgün qiymət verə bilərik".

Qeyd edək ki, qanun layihəsinə əsasən, 28 May Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü kimi qeyd olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti