...

COVID-19 pandemiyası ilə mübarizədə bütün dünya həmrəylik nümayiş etdirməlidir - Volkan Bozkır

Siyasət Materials 4 Noyabr 2021 13:29 (UTC +04:00)
COVID-19 pandemiyası ilə mübarizədə bütün dünya həmrəylik nümayiş etdirməlidir - Volkan Bozkır

Bakı. Elçin Mehdiyev - Trend:

COVID-19 pandemiyası ilə mübarizədə bütün dünya həmrəylik nümayiş etdirməlidir.

Trend-in məlumatına görə, BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, Türkiyənin keçmiş Avropa Birliyi məsələləri naziri Volkan Bozkır Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

O qeyd edib ki, bəzi ölkələr vaksin əldə edə bilmir: “Vaksinlərin ədalətli bölüşməsinə nail olmalıyıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti