...

Azərbaycan əks-hücum əməliyyatı nəticəsində öz tarixi torpaqlarını işğaldan azad etdi - Ekmeleddin İhsanoğlu

Siyasət Materials 4 Noyabr 2021 15:34 (UTC +04:00)
Azərbaycan əks-hücum əməliyyatı nəticəsində öz tarixi torpaqlarını işğaldan azad etdi - Ekmeleddin İhsanoğlu

Bakı. Trend:

Mən Qarabağ münaqişəsini hələ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi olduğum müddətdən izləyirəm və bu problemin tarixini çox yaxşı bilirəm. Ermənistanın törətdiyi son təxribatlara cavab olaraq Azərbaycan əks-hücum əməliyyatı nəticəsində öz tarixi torpaqlarını işğaldan azad etdi.

Trend xəbər verir ki, bunu İƏT-in 2004-2014-cü illərdə Baş katibi olmuş Ekmeleddin İhsanoğlu deyib.

"Bundan sonra sülh prosesi qarşıdadır. İnanırıq ki, məcburi köçkünlər və qaçqınlar, nəhayət, öz ata-baba torpaqlarına qayıdacaq və onların tapdanmış hüquqları bərpa olunacaq", - deyə E.İhsanoğlu qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti