...

Gürcüstan səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib

Siyasət Materials 1 Dekabr 2021 14:13 (UTC +04:00)
Gürcüstan səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib

Bakı. Trend:

Gürcüstanın Azərbaycankı səfirliyi helikopter qəzası ilə bağlı başsağlığı verib.

Trend-in məlumatına görə, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.

Paylaşımda deyilir: "Gürcüstanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladığını bildirir.

Gürcüstan səfirliyi dost və qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir. Bu çətin məqamda həlak olanların ailələri ilə həmdərd olduğumuzu bildiririk".

Qeyd edək ki, ötən gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti