...

Serbiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak etmək üçün böyük potensiala malikdir - Sahil Babayev (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 Mart 2022 19:43 (UTC +04:00)
Serbiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak etmək üçün böyük potensiala malikdir - Sahil Babayev (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Serbiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirak etmək üçün böyük potensiala malikdir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Serbiya Respublikasının Dövlətçilik Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

"İşğaldan azad edilmiş ərazilərdə aktiv bərpa işləri aparılır. Hesab edirəm ki, Serbiya şirkətlərinin də bu layihələrdə iştirak etmək üçün böyük potensialı var. Serbiya şirkətlərinin bu layihələrə böyük maraq göstərdiyi biznes forum zamanı da müzakirə olunub", - o qeyd edib.

Nazir Serbiya ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

"Münasibətlərimiz ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət üzərində qurulub. İki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bunun bariz nümunələrindən biri də Qoşulmama Hərəkatının 60 illik yubileyinin Serbiyanın paytaxtı Belqradda qeyd olunmasıdır. Bu, Serbiyanın Qoşulmama Hərəkatının prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi. Qarşılıqlı səfərlər intensiv xarakter daşıyır”, - deyə Babayev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti