...

Deputatların irəli sürdüyü bütün məsələlərə mümkün çərçivədə baxılacaq - Əli Əsədov

Siyasət Materials 15 Mart 2022 17:06 (UTC +04:00)
Deputatların irəli sürdüyü bütün məsələlərə mümkün çərçivədə baxılacaq - Əli Əsədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Millət vəkillərinin irəli sürdüyü bütün məsələlərə mümkün çərçivədə baxılacaq.

Trend-in məlumatına görə, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman deyib.

Qazlaşma ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirən Baş nazir bildirib ki, Azərbaycanda 97 faiz qazlaşma həyata keçirilib.

“Dünyanın ən böyük qaz ixracatçısı olan ölkələrdə belə bu qədər qazlaşma yoxdur. Düzdür, müəyyən problemlər var və o problemlərin həlli istiqamətində işlər görülür”, - deyə Baş nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti