...

Aparılan düzgün, balanslaşdırılmış siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artıb - Elşad Həsənov

Siyasət Materials 14 Aprel 2022 15:00 (UTC +04:00)
Aparılan düzgün, balanslaşdırılmış siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artıb - Elşad Həsənov

Bakı. Trend:

Ölkəmizdə aparılan yaradıcılıq-quruculuq işləri, ordu quruculuğu, iqtisadiyyatın daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas strateji prioritetləri olan dövlətin təhlükəsizliyinin təmin edilməsinə, vətəndandaşların rifah halının yüksəldilməsinə və milli maraqların təmin edilməsinə yönəldilib. Bu fikirlər aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş müşavirədə çıxışının əsas ana xəttini təşkil edib!

Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik. Ötən ilin ölkəmizin həyatında çox əlamətdar olan bir il olduğunu bildirən Prezident qarşıda duran məqsəd və hədəflərdən söz açdı. Bildiridi ki, bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır.

Aparılan düzgün, balanslaşdırılmış siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu artmış, inkişaf etmiş ölkələr arasında öz layiqli yerini tutmuşdur. Bunun nəticəsidir ki, ölkəmizə beynəlxalq maraq artıb. Dövlət başçımız da vurğuladı ki, hazırda həm aparılan islahatlar, həm şəffaflıq, həm kadr islahatları nəticəsində, eyni zamanda İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi-bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu, 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il təhvil veriləcək. Beləliklə, böyük həcmdə təbii qaza qənaət edib öz ixrac imkanlarımızı genişləndirə bilərik. Eyni zamanda, bu, digər investorlar üçün də hesab edirəm ki, çox önəmli bir məsələdir.

Görülən müsbət işlərin nəticəsidir ki, birinci rübdə ümumi daxili məhsul 6,8 dəfə, qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb. Xarici ticarət dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb, hazırda xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 12,5 faizini təşkıl edir. Xarici ticarət balansı müsbət olmuş,ixracımız idxalı üstələmiş, üç ayda 5,1 milyard dollar gəlir əldə etmişik.

Ordu quruculuğuna böyük önəm verən dövlətimizin başçısı bildirdi ki, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq. Hərbi məsələlərin həlli üçün nə qədər vəsait lazımdırsa,o qədər də vəsait ayrılacaq və ayrılıq.

Eyni zamanda, Prezident Ermənistanı qeyri-qanuni silahlandıran və bizimlə müharibəyə sürükləyən ölkələrə də mesajını çatdırdı. Qeyd etdi ki, əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa,biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və öz addımımızı buna uyğun şəkildə atacagıq.

İkinci Dünya müharibısindən sonra Amerika Marşal planını işə salaraq Avropanı bərpa etdi. Digər münaqişələrlə bağlı beynəlxalq fondlar maliyyə yardımları göstərirlər. Bizə isə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra...

Dövlət başçısı bu gün prioritet məsələ kimi vərəndaşların doğma yurdlarına qayıtması üçün ərazilərin minalardan təmizlənməsinə dövlət büdcəsindən 100 milyon manata yaxın vəsaitin ayrıldığını, bu işlərlə ANAMA, Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə Hallar Nazirliyinin məşğul olduğunu söylədi.

Azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlərin davam etdiriləcəyini, keçən ay İranla Azərbaycan arasında körpülərin, dəmir yolu körpülərinin tikintisi ilə bağlı memorandum imzalandığını, Zəngəzur dəhlizinin açılmasını, Zəngəzur üzərindən həm dəmir yolu, həm də avtomobil yolu ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir mübadiləsi aparıldığını, İran üzərindən yolun Naxçıvana çəkilməsi və oradan dünya bazarına çıxarılması layihəsinin hazırlandığını bildirdi. Başqa infrstruktur layihələrə gəlincə, Zəngəzur Beynəlxalq Hava Limanının bu il, Bərdə-Ağdam dəmir yolunun gəlın il, Laçın Beynəlxalq Hava Limanının isə 2024-cü ilə istifadəyə veriləcək. Eyni zamanda, Naftalan-Suqovuşan, Füzuli-Hadrut, Qubadlı-Eyvazlı, o cümlədən Kəlbəcər və Laçın rayonlarında hərbi əhəmiyyətli yolların çəkiləcək, keçən il heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə 700 kilometrə yaxın yol çəkilib.

May ayında Şuşada ”Xarıbülbül” festivalının yenidən keçiriləcəyini diqqətə çatdıran ölkə başçısı qeyd etdi ki, ötən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadlarını nümayiş etdirmişlər, bu il isə dünyanın müxtəlif ölkələrinin folklor kollektivi dəvət olunub, TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı elan edib.

Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik.

Bütün bu işlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin məqsədi, amalı vətəndaşların yaxşı yaşamasını təmin etməkdir, dövlətini, iqtisadiyyatını daha da inkişaf etdirməkdir, xalqına xidmət etməkdir, milli maraqları qorumaqdır! Çünki Prezident dediyini edəndir, verdiyi vədə əməl edəndir, nəyi necə və nə vaxt etməyi hamıdan yaxşı biləndir!

Elşad Həsənov,
1-ci Qarabağ müharibəsi veteranı, siyasi ekspert, jurnalist

Məqalədə:
Xəbər lenti

Xəbər lenti