...

Şuşada Milli Məclisin birgə komitələrinin iclası keçirilib

Siyasət Materials 27 Aprel 2022 15:20 (UTC +04:00)
Şuşada Milli Məclisin birgə komitələrinin iclası keçirilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində birgə iclası keçirilib.

Trend-in məlumatına görə, iclasın gündəliyinə üç məsələ daxil edilib.

Deputatlar əvvəlcə işğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı məsələlər ətrafında müzakirələr aparıblar.

Daha sonra komitələrin üzvləri “Böyük Qayıdış”, məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsi və s. istiqamətlərdə çıxışlar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti