...

Aİ "Şərq tərəfdaşlığı" regionunda mətbuata dəstək göstərmək niyyətindədir - Səfir

Siyasət Materials 4 May 2022 17:20 (UTC +04:00)
Aİ "Şərq tərəfdaşlığı" regionunda mətbuata dəstək göstərmək niyyətindədir - Səfir
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı" regionunda mətbuata dəstək göstərmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Aİ artıq Azərbaycanda məşğələlər keçirmək yolu ilə jurnalistlərə dəstək göstərir.

Səfir, həmçinin, Azərbaycanda bir müddət əvvəl qəbul edilmiş "Media haqqında" qanunun vacibliyini vurğulayıb.

"Mən Azərbaycan hökuməti ilə görüşlərdə bu qanunun nə qədər vacib olduğunu bildirmişəm. Biz onun icrasını diqqətlə izləyirik", - P.Mixalko deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti