...

Türkiyə Qafqazda sabitləşdirici və müsbət aktordur - Ərdoğan

Siyasət Materials 31 May 2022 05:33 (UTC +04:00)
Türkiyə Qafqazda sabitləşdirici və müsbət aktordur - Ərdoğan

Bakı. Trend:

Türkiyə Qafqaz və Qara dəniz regionunda sabitləşdirici və müsbət aktordur.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın "The Economist jurnalında" dərc olunan məqaləsində bildirib.

R.T.Ərdoğan Ukraynadakı müharibənin mövcud qaydalara əsaslanan dünya nizamına, böyük güc rəqabətinə və Avro-Atlantik təhlükəsizliyə meydan oxuduğunu və prosesin həm də tarixin ən böyük hərbi ittifaqı olan NATO-nun aktuallığını əvvəlki mövqeyinə qaytardığını qeyd edib. Türkiyənin 70 ildir NATO-nun qürurlu və əvəzolunmaz üzvü olduğunu qeyd edən R.T.Ərdoğan Türkiyənin 1952-ci ildə alyansa qoşulduğunu, azadlığı və demokratiyanı müdafiə etmək üçün Koreyaya qoşun göndərdiyini bildirib. Türkiyə prezidenti əlavə edib ki, ölkəsi Qafqaz və Qara dəniz regionunda stabilləşdirici və müsbət aktordur, NATO missiyaları çərçivəsində Türkiyə hərbçiləri Kosovodan Əfqanıstana kimi dünyanın müxtəlif yerlərində əməliyyatlarda iştirak edirlər.

RT.Ərdoğan Türkiyənin müdafiə sənayesinə milyardlarla dollar sərmayə qoyaraq müdafiə qabiliyyətini gücləndirdiyini, bu əlavə imkanlarla istehsal olunan məhsulların Ukrayna da daxil olmaqla müxtəlif döyüş bölgələrində ciddi təsir göstərdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti