...

Zəngilana sakinlərin ilk köçürülməsinə şahid oluruq - Xüsusi nümayəndə

Siyasət Materials 19 İyul 2022 09:06 (UTC +04:00)
Zəngilana sakinlərin ilk köçürülməsinə şahid oluruq - Xüsusi nümayəndə

Bakı. Trend:

Bu gün biz çox tarixi bir hadisəyə, Zəngilana sakinlərin ilk köçürülməsinə şahid oluruq və bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.

O qeyd edib ki, müharibədən dərhal sonra Prezidentin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda irimiqyaslı bərpa və quruculuq işlərinə start verilib.

V.Hacıyev vurğulayıb ki, Zəngilanda da kifayət qədər irimiqyaslı infrastuktur layihələri həyata keçirilir.

“Dəmiryolu, avtomobil yolları tikilməkdədir. Bu yaxınlarda Hava limanı istismara veriləcək. İlk olaraq Zəngilanın Ağalı kəndində bərpa olunub. Bu kənd “Ağıll”ı kənd konsepsiyasına uyğun qurulub. Bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti