...

Bayden Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokollar imzalayacaq

Siyasət Materials 4 Avqust 2022 06:50 (UTC +04:00)
Bayden Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı protokollar imzalayacaq

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden ABŞ Senatının NATO-nun genişlənməsinə dair qətnamənin qəbul edilməsini alqışlayıb, Finlandiya və İsveçin alyansa qoşulması ilə bağlı sənədləri imzalayacağını bildirib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Amerika liderinin yazılı açıqlamasında deyilib.

Məlumata əsasən, C.Bayden ABŞ Konqresinin yuxarı palatasında səsvermənin nəticələrini alqışlayaraq, NATO-nun genişlənməsinə dair bu protokolların Senat tərəfindən nəzərdən keçirilməsi prosesinin 1981-ci ildən bəri ən sürətli olduğuna diqqət çəkib:

"Finlandiya və İsveçin alyansa daxil olması NATO-nun kollektiv təhlükəsizliyini daha da gücləndirəcək və transatlantik tərəfdaşlığı dərinləşdirəcək. Mən İsveç və Finlandiyanın [NATO-ya] üzvlük protokollarını imzalamağı səbirsizliklə gözləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti