...

Blinken Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib

Siyasət Materials 25 Avqust 2022 04:31 (UTC +04:00)
Blinken Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib

Bakı. Trend:

ABŞ dövlət katibi Entoni Blinken diplomat Filip Rikeri Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib.

Trend ABŞ Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə E.Blinkenin yazılı bəyanatında deyilir.

E.Blinken qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli siyasi nizamlama üzrə danışıqlarda kömək etməyə sadiqdir.

"Səfir F.Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərəcək", - deyə E.Blinken əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti