...

Bakıda Qazaxıstanda keçirilən prezident seçkiləri ilə bağlı seçki məntəqəsi açılıb

Siyasət Materials 20 Noyabr 2022 08:43 (UTC +04:00)
Bakıda Qazaxıstanda keçirilən prezident seçkiləri ilə bağlı seçki məntəqəsi açılıb

Bakı. Trend:

Qazaxıstanda prezident seçkiləri ilə bağlı Bakıda seçki məntəqəsi açılıb.

Trend baza günü xəbər verir ki, səsvermə Qazaxıstanın Azərbaycandakı səfirliyində 262 saylı məntəqə seçki komissiyası tərəfindən keçirilir.

Qazaxıstanda seçki kampaniyası oktyabrın 21-də başlayıb və noyabrın 19-u saat 00:00-a qədər davam edib.

Bu gün ölkə üzrə 10 101, xaricdə isə 68 seçki məntəqəsində səsvermə keçirilir. 2022-ci il iyulun 1-nə olan məlumata görə, seçicilər siyahısına 11 827 277 Qazaxıstan vətəndaşı daxil edilib.

İki qadın və dörd kişi olmaqla altı namizəd prezidentliyə namizəd kimi qeydiyyatdan keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti