...

Azərbaycan-Ermənistan məsələsi ilə bağlı bəzi ölkələr tərəfindən qeyri-obyektiv və qərəzli bəyanatlar verilir - Hulusi Akar

Siyasət Materials 25 Dekabr 2022 21:43 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan-Ermənistan məsələsi ilə bağlı bəzi ölkələr tərəfindən qeyri-obyektiv və qərəzli bəyanatlar verilir.

Trend xəbər verir ki, bunu bazar günü Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Həmişə olduğu kimi, Azərbaycan-Ermənistan məsələsi ilə bağlı qeyri-obyektiv və qərəzli bəyanatlar verilir. Lakin 30 ilə yaxın davam etmiş Qarabağ probleminin həllində həll missiyası ilə çıxış edən ölkələrin və beynəlxalq təşkilatların səsini eşitməmişik. Bu səbəbdən, indi ən qısa müddətdə fikirlərini ifadə edənlərdən soruşuruq: Bu vaxta qədər ağlınız harada idi?", - deyə Hulusi Akar bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti