...

BMT Baş Assambleyasının keçmiş sessiya prezidenti Azərbaycanın Tehrandakı səfirliynə hücumu pisləyib

Siyasət Materials 28 Yanvar 2023 20:36 (UTC +04:00)

Bakı. Trend:

BMT Baş Assambleyasının 75-ci sessiyasının (2020-2021) prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Volkan Bozkır Azərbaycanın Tehrandakı səfirliynə hücumu pisləyib.

Trend xəbər verir ki, bu barədə V.Bozkır özünün "Twitter" səhifəsində yazıb.

"Qardaş Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumu pisləyirəm. Bu alçaq hücumda həyatını itirən səfirliyin əməkdaşına Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm", - deyə V.Bozkır bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti