...

ABŞ-ın Qafqaz üzrə yeni baş müşavirini təyin edib - Minsk Qrupu tarixdə qalıb

Siyasət Materials 1 Fevral 2023 22:11 (UTC +04:00)
ABŞ-ın Qafqaz üzrə yeni baş müşavirini təyin edib - Minsk Qrupu tarixdə qalıb

Bakı. Trend:

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün vaxtında yaradılmış ATƏT-in Minsk qrupu tarixdə qalıb, yeganə, lakin çox vacib vəzifəsinin öhdəsindən gələ bilməyən bu struktur haqqında getdikcə daha az eşidilir. İndi hətta kimsə Minsk Qrupunu xatırlayır, ancaq 30 ildir heç bir iş görməyən bu yararsız strukturu tənqid edir.

ABŞ Dövlət Departamenti bu gün Qafqaz danışıqları üzrə yeni baş müşavirinin təyin edilməsini açıqlayıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində ABŞ dövlət katibi Entoni Blinken yazıb.

"Bu gün mən Lui L.Bononun Qafqaz danışıqlar üzrə yeni baş müşavirimiz təyin edildiyini elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizə kömək edəcək", - deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Qafqaz üzrə danışıqlar üzrə əvvəlki baş müşaviri Filip Rikerin vəzifəsindən getdiyi yanvarın 5-də elan edilmişdi.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays qeyd edib ki, Filip Rikerin gedişi heç bir halda ABŞ-ın Cənubi Qafqazda təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyə sadiqliyinə xələl gətirmir.

"ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək üçün həmfikir tərəfdaşlar və beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələri davam etdirəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Lui L.Bono ABŞ-ın Vyanadakı beynəlxalq təşkilatlar yanında missiyasının rəhbərinin müavini olub. O, əvvəllər Müqəddəs Taxt-Tacdakı səfirlik rəhbərinin müavini, dövlət katibinin müşaviri və dövlət katibinin iqtisadi məsələlər üzrə müavini vəzifələrində çalışıb. O, həmçinin ABŞ-ın Aİ və BMT-dəki missiyasında, Berlin və İslamabaddakı ABŞ səfirliyində vəzifələr tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti