...

BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

Siyasət Materials 28 Fevral 2023 12:42 (UTC +04:00)
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək

Bakı. Trend:

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Csaba Kőrösi Qoşulmama Hərəkatının COVID-19-dan sonrakı bərpaya həsr olunmuş zirvə görüşündə çıxış etmək məqsədilə martın 2-də Azərbaycana rəsmi səfər edəcək.

BMT-dən Trend-ə verilən məlumata görə, Prezident C.Kőrösi dünyanın COVİD-19 pandemiyasının təsirlərini aradan qaldırdığı bir vaxtda elmə, innovasiyaya, texnologiyaya və rəqəmsallaşmaya əsaslanan “yeni reallığa” ehtiyacın olduğunu vurğulayacaq.

C.Kőrösinin Azərbaycanda yüksək səviyyədə görüşləri gözlənilir.

C.Kőrösinin səfəri martın 3-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti