...

Baş nazir Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb

Siyasət Materials 15 May 2023 13:47 (UTC +04:00)
Baş nazir Əli Əsədov Belarus Baş nazirinin müavini ilə görüşüb

Bakı. Trend:

Mayın 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.

Bu barədə Trend-ə Nazirlə Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-Belarus ticari-iqtisadi əməkdaşlığının, investisiya fəaliyyətinin və sənaye kooperasiyasının aktual məsələləri nəzərdən keçirilib.

Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın bu gün Bakıda keçirilən növbəti iclasının əhəmiyyəti qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.-

Məqalədə:
Xəbər lenti

Xəbər lenti