...

Finlandiya Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Siyasət Materials 30 May 2023 13:16 (UTC +04:00)

Bakı. Trend:

Finlandiya Prezidenti Sauli Niinistö Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Trend-in məlumatına görə, məktubda deyilir:

Zati-aliləri!

Azərbaycan Respublikasının müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkənizin və xalqınızın firavanlığı və rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti