Bakı. Trend:
Azərbaycanda müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün dövlət büdcəsindən əlavə vəsait ayrılır.
Trend-in məlumatına görə, yenilənmiş dövlət büdcəsinə əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün bir milyard manat ayrılması nəzərdə tutulur.
Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2 milyard 70,0 milyon manat təşkil edəcəkdir.